AZ / EN / RU
Bakıda "Future Approach" şirkətinin təşkilatçılığı ilə " Beynəlxalq Neft-Qaz sammiti" keçirilib.

Bakıda "Future Approach" şirkətinin təşkilatçılığı ilə " Beynəlxalq Neft-Qaz sammiti" keçirilib.

Sammitdə Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər.

Sammitdə neft və qaz sahəsindəki son tendensiyalar müzakirə olunub, Avropanın enerji təchizatında Azərbaycanda rolu, təbii qazın ixrac marşrutlarının diversifikasiyası, ələlxüsus da Azərbaycanın beynəlxalq boru kəməri lahiyələrində (TAP, TANAP) rolu kimi mövzular sammitin diqqət mərkəzində olubdur.

Tədbirdə 22 fərqli ölkədən 150-ə yaxın xarici şirkət və təşkilat nümayəndəsi iştirak edir. Bu şirkət və təşkilatlar arasında Azərbaycandan SOCAR, BP Azərbaycan olmaqla, Səudiyyə Ərəbistanının nəhəng neft şirkəti Saudi Aramco, İranın Milli Neft şirkəti, OAPEC, Neft və Qaz sektorunda dünyanın ən böyük 25 şirkətindən biri olan Gas Natural Fenosa, Tap layihəsinin pay sahiblərindən SNAM, Statoil, Halliburton, Avropa LPG Assosasiyası kimi mötəbər şirkət və təşkilat nümayəndələri iştirak ediblər.