AZ / EN / RU
3-cü və 4-cü kurs tələbələrinin nəzərinə!

“SOCAR Polymer” MMC tərəfindən tələbələr üçün təcrübə proqramının təşkil olunması planlaşdırılır. Təcrübə proqramının müddəti 12 iyun 2017-ci il tarixindən başlayaraq 12 həftə təşkil edəcək və həmin təcrübə proqramı çərçivəsində tələbələrin “SOCAR Polymer” MMC ilə yaxından tanışlıq, layihədə işləmək və zəngin təcrübə qazanmaq imkanı olacaqdır.

Adıçəkilən proqram 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub və proqramda iştirak etmək arzusunda olan tələbələr bir neçə seçim mərhələlərindən keçirilərək, ən savadlıları seçiləcək və bu proqrama qoşulacaq.

Məlumatı nəzərə almağınız xahiş olunur.

Mühəndislik Fakültəsinin Dekanlığı