AZ / EN / RU
"Enhanced Oil Recovery Reservoir Simulation" mövzusunda seminar

2017-ci ilin may ayının 23-26 tarixlərində konfrans zalında Yaponiyanın Waseda Universitetinin professoru Masanori Kurihara və INPEX şirkətinin mütəxəssisləri Takuya Muta və Yukito Nomura tərəfindən BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 49 nəfər 5-ci kurs tələbələrinə (NM-01,02 qrupu) neft hasilatının artırılması üsullarına (Enhanced Oil Recovery Reservoir Simulation) həsr olunmuş seminar keçiriləcək.

Tədbir BP-nin dəstəyi ilə həyata keçiriləcək.

Seminar haqqında ətraflı məlumatı BANM-in saytından və yaxud lövhələrdə asılmış elanlardan əldə etmək olar.