AZ / EN / RU
Qəbul qaydaları

Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olunmuş abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə nəticəsində Ali məktəbə qəbul olunan şəxslərin qeydiyyatı avqust ayının 16-dan 28-nə kimi, həftə içi hər gün saat 900-dan 1800-dək, şənbə günləri 900-dan 1300-dək Xocalı prospekti,30 ünvanında (Xətai metro stansiyası ilə üzbəüz) keçirilcəkdir. Fasilə: 1300-1400

Qeydiyyatdan keçmək üçün abituriyentlər aşağıdakı sənədləri qeydiyyat komisiyyasına təqdim etməlidirlər:

1) Attestatın əsli;

2) Şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə);

3) Tərcümeyi-hal;

4) Çağırış vərəqəsinin (hərbi biletin) əsli və surəti (oğlanlar üçün);

5) Sağlamlıq haqqında arayış (Forma 86);

6) 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;

7) BANM-ə qəbul olduğu haqqında tqdk.gov.az saytından çıxarış;

8) tqdk.gov.az saytına daxil olmaq üçün iş nömrəsi və kod (şifrə);

9) ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı abituriyentlər (məcburi köçkün və s.) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

Sənədlər qovluğun içərisində qeydiyyat komissiyasına təqdim olunur.

Qeydiyyat müddəti bitdikdən sonra qeydiyyatdan keçmiş hər bir abituriyentlə müəllimlər tərəfindən ingilis dili, kompüter və informasiya-kommunikasiya texnologiyaları bilikləri üzrə müsahibə keçiriləcəkdir. Müsahibənin məqsədi bu fənlər üzrə eyni biliyə malik olan tələbələri bir qrupda cəmləmək və onlar üçün tədrisi təşkil etməkdir.