AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin müəllimləri beynəlxalq konfransda

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Süleyman Süleymanzadə və Tural Mustafazadə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”-da iştirak ediblər. Konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır. “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı-“da ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya və digər ölkələrin nümayəndələri iştirak ediblər.