AZ / EN / RU
BANM-də "İlin gənc tədqiqatçısı" müsabiqəsi elan edilir.

Bakı Ali Neft Məktəbində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr arasında keçirilən “İlin gənc tədqiqatçısı” müsabiqəsi elan edilib.

Müsabiqənin qaydalarına uyğun olaraq, hər bir kafedra tərəfindən son bir və ya bir il yarım ərzində yerinə yetirilmiş 3 tələbənin elmi işi müsabiqəyə təqdim edilir. Sonrakı mərhələdə rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən həmin işlər ayrı-ayrılıqda qiymətləndirilir. Bu zaman elmi rəhbərlərin münsiflər heyətinin tərkibinə daxil edilməsinə və hər hansı münsifin işlədiyi kafedradan təqdim olunan işlərin qiymətləndirilməsində iştirakına icazə verilmir. Münsiflərin qiymətləndirilməsinin nəticələrinə görə 3 tələbənin elmi işi müsabiqənin yekun mərhələsinə təqdim edilir.

İlin gənc tədqiqatçısı müsabiqəsinə təqdim olunan tədqiqat işlərinin tərtibatına tələblər