AZ / EN / RU
İlin gənc tədqiqatçısı müsabiqəsinə təqdim olunan tədqiqat işlərinin tərtibatına tələblər
  1. Müsabiqəyə təqdim olunan işlərin tərtibatına aşağıdakı tələblər irəli sürülür:
  • Tədqiqat işi standarta uyğun titul vərəqindən (orada BANM-in loqosu, adı, kafedranın, işin adı və il göstərilir), mündəricatdan, 1 səhifəlik girişdən və əsas hissədən ibarət olmalıdır.
  • Əsas hissədə həll olunan məsələnin aktuallığı, əvvəllər digər müəlliflərin əldə etdikləri nəticələrin tənqidi təhlili, işin məqsədi, bu məqsədə çatmaq üçün yerinə yetirilməsi vacib olan vəzifələr, onların yerinə yetirilməsi üçün istifadə olunan üsul və vəsaitlər, alınan nəticələr, onların üstün cəhətlərinin digər müəlliflərin nəticələri ilə müqayisəli şərhi və ümumi nəticələr, informasiya qaynaqları və s. öz əksini tapmalıdır.
  • İşin yazısı kompüterdə standartlara uyğun  (Arial, 12 şrift, 1.5 interval) yığılmalı, lazımi cədvəllər, fotolar, qrafiklər, diaqramlar və s .təchiz olunmalı, sonda işin əsas müddəalarının dərc olunduğu nəşlər və məruzə edildiyi elmi forumlar haqqında dəqiq məlumatlar verilməlidir.
  1. Tədqiqat işlərinin müsabiqəyə təqdim olunması
  • Iddiaçıların tədqiqat işləri müvafiq kafedrada müzakirədən keçirilərək bəyənildikdən sonra kafedra müdirinin təqdimatı ilə BANM-in rektoruna təqdim olunur.
  • Kafedra müdiri və elmi rəhbər təqdim olunan işin məhz son 1-1.5 ildə əldə edilmiş nəticələri özündə əks etdirməsi və onların müəllifinin məhz iddiaçının olması üçün məsuliyyət daşıyırlar.
  • Hər kafedradan Müsabiqəyə təqdim edilən işlərin sayı 3-dən çox olmamalıdır.
  • Tədqiqat işlərinin kafedralar tərəfindən təqdim edilməsinin son tarixi cari ilin 30 sentyabrdır.