AZ / EN / RU
BANM tələbələri "Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi"nə göndərilib.

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft–qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə təhsil alan I kurs tələbələri üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə və üzgüçülüyün əsasları” təlim kursu keçirilib.

 

          Beynəlxalq standartlara cavab verən mərkəzdə təşkil olunan təlimdə tələbələrə istehsalatda baş verə biləcək qəza və fövqəladə hallar zamanı təhlükəsizlik texnikası qaydaları haqqında ətraflı təlimatlar verilib. BANM-in tələbələrini dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırdılar.

 

           Qeyd edək ki, kursları uğurla bitirən tələbələrinə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin sertifikatlar verilib.