AZ / EN / RU
Professor Vəliyev Fuad

Təhsil:

  • 1963-1968 Azərbaycan Neft və Kimya İnstitutu. Proseslərin avtomatlaşdırılması fakultəsi (fərqlənmə diplomu);
  • 1969-1973 Azərbaycan Neft və Kimya İnstitutu, Neft-mexanika fakultəsi üzrə aspirantura.

 

Əmək fəaliyyəti:

  • 1970-1985 Azərbaycan Dövlət Neft Akademiyasının Nəzəri Mexanika kafedrasının assistenti, dosenti;
  • 1986-2013 Azərbaycan Dövlət Neft Akademiyasının Nəzəri Mexanika kafedrasının professoru;
  • 1993-1997, 2002 Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor;
  • 2014-cü ilin yanvar ayından başlayaraq Bakı Ali Neft məktəbi, Neft-qaz mühəndisliyi kafedrasının professoru.

 

Elmi fəaliyyəti:

  • Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
  • Reofizika, Maqnit hidrodinamikası, Dalğa prosesləri, Metastabil hallar, Mənfi təzyiq effekti, Ötürmə proseslərinin elektrokinetik əsasları üzrə 120 elmi əsər, o cümlədən, monoqrafiya, 20 patent ("Quyu ejektoru", "Paker", "Ştanqlı quyu nasosu", "Hermetikləşdidrici örtük", "Neft quyularının təmizlənmə üsulu" və i.a.).