AZ / EN / RU
Bakı Ali Neft Məktəbində magistraturaya daxil olmuş bakalavrların nəzərinə

Bakı Ali Neft Məktəbinin magistraturasına daxil olmuş bakalavrların nəzərinə!

2018-ci ilin iyun ayının 29-dan iyul ayının 11-dək saat 09.00-dan- 17.00-dək Bakı Ali Neft Məktəbinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyatı başlayır.

Bakalavrlar qeydiyyat üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti
  2. Bakalavrın magistraturaya daxil olduğunu təsdiqləyən arayış (internetdən götürülür)
  3. Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış  
  4. Sağlamlıq haqqında 086 №-li formada arayış
  5. 6 ədəd 3x4 sm ölçüdə rəngli şəkil
  6. Rektorun adına ərizə
  7. Tərcümeyi hal
  8. Dil biliyini göstərən sertifikat və ya bakalavr təhsilinin İngilis dilində olduğu haqqında arayış (Bakı Ali Neft Məktəbinin tələbələrinə aid edilmir)
  9. Məcburi köçkünlük vəsiqəsinin əsli və surəti (MBA üzrə qəbul olanlar üçün)

Qeyd: 28 iyun 2018-ci il tarixində BANM-nin Məzun Günü tədbiri ilə əlaqədar olaraq qeydiyyat iyun ayının 29-dan başlayacaq.