AZ / EN / RU
Loqo

EMBLEM

 

Emblem korporativ stilin ən mühüm hissəsidir. Emblemə aid ölçü nisbətləri solda göstərilmişdir. Bu nisbətlər dəyişdirilə bilməz.

Emblemdə ölkənin əzəmətini əks etdirən neft buruğu, hər şeyin bünövrəsini təşkil edən bilik, intelekt rəmzi olan kitab, neft ölkəsinin simvolu olan damla və güc, qoruyucu simvolu olan qalxan öz əksini tapır.

Burada neft buruğu - ucalığı, aliliyi ifadə edir. Neft buruğunun arxasından əks olunan işıq boşluqları - parlaq gələcəyi və bu gələcəyə aparan yollara işarədir. Hər iki simvol eyni zamanda cənab prezident İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çeviririk" ifadəsini özündə əks etdirir. Təsvir olunan kitab həm kitabı eyni zamanda dəniz dalğalarını əks etdirir. Bu Azərbaycanın dəniz qədər tükənməyən sərvətə malik olduğunu ifadə edir. Emblemdə təsvir olunan qalxan isə müasir dövürdə əsl gücün elmdə olduğunu və yalnız elmli insanların güclü olduğuna işarədir. Loqoda Azərbaycan Respublikasının bayrağının rəngləri ilə göstərilmiş alov Azərbaycanın mədəni irsinin qədim və önəmli rəmzi olduğunu göstərir və ümid, tərəqqi sülhü ifadə edir.

LOQO YAZI YANDA

 

Loqo korporativ standartların əsasını təşkil edir.

Loqonun yan formada istifadəsinin ölçüləri sol tərəfdəki tesvirdə göstərilmişdir.

Bu nisbətlər dəyişdirilə bilməz.

Mövcud loqodan yerləşmə sahəsi eninə geniş olduğu hallarda istifadə olunur.

LOQO YAZI AŞAĞIDA

 

Loqo korporativ standartların əsasını təşkil edir.

Loqonun aşağıdan yazılı formada istifadəsinin ölçüləri sol tərəfdəki təsvirdə göstərilmişdir.

Bu nisbətlər dəyişdirilə bilmez.

Mövcud loqodan yerləşme sahəsi hündürlüyə geniş olduğu hallarda istifadə olunur.

LOQO YAZI YANDA RƏNGLİ FONLARDA İSTİFADƏSİ

 

Loqonun yan formada rəngli fonlarda istifadəsi sol tərəfdəkİ təsvirdə gösterildiyi kimidir.

Mümkün olduğu təqdirdə loqonun ağ fonda istifadəsi arzu olunandır.

 

LOQO YAZI AŞAĞIDA RƏNGLİ FONLARDA İSTİFADƏSİ

 

Loqonun yazı aşağıda formada rəngli fonlarda istifadəsi sol tərəfdəki təsvirdə göstərildiyi kimidir.

Mümkün olduğu təqdirdə loqonun ağ fonda istifadəsi arzu olunandır.

LOQO YAZI YANDA AĞ-QARA

İSTİFADƏSİ

 

Loqonun yan formada ağ-qara formada istifadəsi solda təsvir olunduğu kimidir.

Mümkün olduğu təqdirdə loqonun orijinal rənglərlə istifadəsi arzu olunandır.

Qeyd: Loqonun ağ-qara İstifadəsi zamanı da loqonun ölçü nisbətləri deyişdirilməməlidir.

LOQO YAZI AŞAĞIDA AĞ-QARA

İSTİFADƏSİ

 

Loqonun yazı aşağıda formada ağ-qara formada İstİfadəsi solda tesvir olunduğu kimidir.

Mümkün olduğu təqdirdə loqonun orijinal rənglərlə istifadəsİ arzu olunandır.

Qeyd: Loqonun ağ-qara istifadəsi zamanı da loqonun ölçü nisbətləri deyişdirilməməlidir.

LOQONUN SƏHV FORMADA

İSTİFADƏSİ

 

Loqonun istifadesi zamanı yuxarıda göstərilən təlimatlara əməl olunmalıdır.

Göstərİlən standartlardan kənar loqodan istifadə etmək olmaz.

Sol tərəfdə loqonun düzgün olmayan istifadə formaları göstərilmişdir. İstifadə zamanı bu halların olmamasına diqqət yetirilməlidir.

KORPORATİV RƏNGLƏR

 

Korporatİv rənglər və rəng kodları solda göstərilmişdir.

Çap məhsulları hazırlanarkən bu kodlardan istifadə olunmalıdır.

KORPORATİV YAZIŞMA

 

Təşkilatın yazışmalarında Palatino Linetype şriftindən İstifadə olunur.

LOGO (yüklə)