AZ / EN / RU
Magistr ixtisasları

060606 – Neft-qaz mühəndisliyi (Yatağın qiymətləndirilməsi və idarə olunması)

060641  - Kimya mühəndisliyi  (Neft və qaz texnologiyası)

Bu  ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı yalnız Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında ingilis dilində iki diplom layihəsi çərçivəsində həyata keçirilir, məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək. Magistraturada təhsil müddəti 1,5 il olaraq magistr dissertasiyasının müdafiəsi ilə başa çatacaq, məzunlara elm üzrə magistr dərəcəsi veriləcək.

060628 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Texniki sistemlərdə informatika və idarəetmə)

Tədris ingilis dilindədir, bakalavrlar Dövlət İmtahan Mərkəzinin Bakı Ali Neft Məktəbi tərəfindən sözügedən ixtisas üzrə bakalavriat səviyyəsində tədris edilən ixtisas fənlərinin məzmunu əsasında tərtib olunmuş proqram üzrə təşkil edəcəyi qəbul imtahanı verməlidirlər.

 

060409 - Biznesin idarə edilməsi (MBA)

Tədris ingilis dilində, axşam saatlarında 2 il ərzində təşkil olunacaq, bakalavrlar Dövlət İmtahan Mərkəzinin bütün ali təhsil müəssisələrinin məzunlarına təklif etdiyi proqramlar üzrə qəbul imtahanı verməlidirlər.