AZ / EN / RU
Tural Abdullayev

Tərcümeyi-hal


Mən Abdullayev Tural Şərafəddin oğlu 1986 –ci ildə Şəki rayonunun Oxud kəndində dünyaya gəlmişəm. 1992-ci ildə Oxud Kənd Orta Məktəbinə getmişəm. 1998-ci ildə imtahan verərək Şəki Azərbaycan Türk Özəl Liseyinə qəbul olmuşam. Orta təhsilimi 2003 –cü ildə Şəkidə Türk Özəl Liseyində başa vurmuşam. 2003 - 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışam. 2005-ci ildə Boğaziçi Universitetinin Pedaqoji fakültəsi Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2012-ci ildə Boğaziçi Universiteti Pedaqoji fakültəsinin həmin ixtisasından birləşdirilmiş bakalavr və magistratura dərəcəsi almışam.
Hal hazırda Bakı Ali Neft Məktəbində işləyirəm.

İngilis, Türk dillərini bilirəm.

Evliyəm 2 övladım var.

Tural Abdullayev