AZ / EN / RU
2018- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Tələbələrin Respublika elmi-texniki konfransı haqqında

30 aprel - 2 may 2018-ci ilin tarixində Bakı Ali Neft Məktəbində tələbələrin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Tələbələrin Respublika elmi-texniki konfransı keçiriləcək. Konfransın keçirilməsinin əsas məqsədi tələbələrin cari tədris ilində apardıqları tədqiqatların nəticələri haqqında təqdimatlarla tanış olmaq və  ali təhsil müəssisələrinin tələbələri arasında elmi informasiyanın yayılması üçün şərait yaratmaq.

 

Konfrans haqqında məlumatlar

Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin təqdimatı təşkil olunacaqdır:

  1. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı-1969-2003-cü illər
  2. Fizika və riyaziyyat
  3. Neft-qaz mühəndisliyi
  4. Kimya mühəndisliyi
  5. Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Məruzələrin tezislərinin tərtib olunma qaydaları:

  1. Məruzələrin tezisləri A5 formatda olmalıdır. Məruzənin adı, onun altında müəllifin soyadı, adı, elektron poçt ünvanı (qalın şriftlə12 pt), tezislərinin mətni MS-Word redaktorunda Arial şifti ilə (12 pt), sətirarası interval 1,15 olmaqla yazılmalıdır, məsafə hər tərəfdən 2 sm olmalıdır. Tezislərin mətni 4 səhifədən çox, mətnə daxil edilən  şəkillərin sayı isə 2-dən artıq olmamalıdır.
  2. Konfransın təşkili ilə bağlı bütün məsələlər üzrə əlavə məlumat almaq istəyənlər əlaqələndirici şəxs, İlahə Bayramovaya, (ilahe.bayramova@socar.az, 012-521-34-54) müraciət edə bilərlər.