AZ / EN / RU
Tədris-metodiki şöbə

Tədris–metodiki şöbə Bakı Ali Neft Məktəbinin bir struktur şöbəsidir. Bu şöbə tədris və tədris-metodiki işlərin planlaşdırılmasını, təşkilini və nəzarətini həyata keçirir. Şöbənin əsas vəzifəsi - tədris-metodiki işin aparılması, BANM-də həyata keçirilən mütəxəssis hazırlığı proqramları çərçivəsində tədris planlarına uyğun olaraq kafedralar üzrə dərs yükü bölgüsünün aparılması, kafedralarda dərs yükünün müəllimlər arasında paylanmasının təşkili və ona nəzarət, tədrisin təşkili ilə bağlı cari uçot və hesabat sənədlərinin aparılması, tədris-metodiki işlər üzrə qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması, mütəxəssis hazırlığı işində kafedraların, fakültələrin və digər struktur bölmələrin fəaliyyətinin koordinasiya edilməsidir.

Qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün şöbə aşağıdakı funksiyaları həyata keçirir:

  • Tələbə-müəllim heyətinin tədrislə və istehsalat təcrübəsi ilə əlaqədar əmrlərinin verilməsi üçün layihələrin hazırlanması və təsdiq edilməsinin təmin edilməsi;
  • Kafedralar üzrə dərs yüklərinin həcminin hesablanması və təsdiqi;
  • Tədris planlarının və dərs cədvəllərinin tərtib edilməsi;
  • Kafedralar üzrə tədris planlarına müvafiq dərs yükü bölgüsünün aparılması;
  • Kafedralar tərəfindən aparılan dərs yükü bölgüsünə nəzarət;
  • Tədris planlarının təsdiq olunması üçün tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektorla razılaşdırılması və rektora təqdim edilməsi;
  • Dərs cədvəllərinə müvafiq olaraq auditoriya fondunun səmərəli istifadəsinin təmin olunması;
  • Sessiyalar üzrə imtahan cədvəllərinin tərtibi və təsdiqi;
  • Fənlər üzrə tədris proqramlarının hazırlanmasına, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin işlənməsinə nəzarətin aparılması;
  • Tədrisə əmək haqqı saat hesabı ilə ödənilməklə cəlb edilən mütəxəssislərin fəaliyyəti ilə bağlı sənədləşdirmənin təşkili;
  • Tədris imtahanlarının təşkili üçün sənədlərin hazırlanmasına köməkliyin göstərilməsi;
  • Tədris-metodiki fəaliyyət haqqında statistik məlumatların və hesabatların hazırlanması;
  • Tədrislə əlaqədar işlərin digər şöbələrlə qarşılıqlı əlaqədə təşkil olunması;