AZ / EN / RU
"Azərbaycan Qadınının Seçki Hüququ: Tarix və müasir qadın hərəkatı" adlı tədbir

Bakı Ali Neft Məktəbinin Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə 1 mart 2018-ci il tarixində Gəncə şəhəri Heydər Əliyev Mərkəzində   keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan Qadınının Seçki Hüququ: Tarix və müasir qadın hərəkatı“ adlı tədbirdə  adlı tədbirdə iştirak edib.

Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etməyə başladığımız bir vaxtda Cümhuriyyətə doğru aparan yolların nəzərdən keçirilməsi, xalqımız məhz həmin yolu keçərək öz müstəqil dövlətini qurmuşdu və bu böyük hadisə Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda ardıcıl və inamlı mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməsidir. Azərbaycan qadınının hüquq bərabərliyi, onun seçki hüququnun təmin edilməsi istiqamətində ilk və inqilabi addım idi.