AZ / EN / RU
"Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının "Texniki sistemlərdə informatika və idarəetmə " ixtisaslaşması üzrə magistratura proqramı

Proqram bakalavrlara sənaye sahələrində müxtəlif texnoloji proseslərin səmərəli  və təhlükəsiz idarə edilməsini təmin edən məlumatların əldə edilməsini, ötürülməsini, emalını, idarəetmə qərarlarının qəbul edilməsini təmin edən tədqiqatçı mühəndislər hazırlayır.

Proqram çərçivəsində magistrantlara texniki sistemlərdə ölçmə, qiymətləndirmə, modelləşdirmə, alqoritmləşdirmə, qərar qəbuletmə və onun icrası sahəsində biliklərə malik olan bakalavrlar texnoloji proseslərin öyrənilməsi, onların səmərəsinə təsir edən amillərin tədqiq edilməsi, prosesləri səmərəli həyata keçirməyə imkan yaradan modellərin qurulması və idarəetmə alqoritmlərinin tətbiqi sahəsində elmin son nailiyyətlərindən qaynaqlanan biliklər əldə edə biləcəklər.

Texniki sistemlər haqqında informasiyanın əldə olunması, onun vasitəsi ilə sistemin  işinin qiymətləndirilməsi, onun səmərəsinin daha da artırılması yollarının axtarılması,  sistemin modernləşdirilməsi və yaxud yeni idarəetmə sisteminin yaradılması layihələrinin işlənməsi magistranların nəzəri və təcrübi biliklərin artırılmasına xidmət edəcəkdir.

Nəzəri biliklər almaqla yanaşı parktiki məşğələlərdə iştirak edən magistrantlar  qruplara bölünərək onlara verilmiş tapşırıqlar üzrə real texnoloji obyekt üçün layihələndirmə işlərini müstəqil yerinə yetirəcək və bununla onlar layihələndirmənin bütün mərhələləri haqqında tam təsəvvür əldə edəcəklər. Bu zaman müasir idarəetmə sistemlərinin komponetləri, məlumatların ötürülməsi, yadda saxlanması üçün bulud texnologiyaları, əşyaların interneti kimi müasir elm sahələrinin ən son nailiyyətlərində də istifadə edilməsi nəzərdə tululur.

Dərslər  həftənin 5 günü ərzində nəzəri mühazirə dərslərindən, praktiki bacarıqları qavramaq üçün laboratoriya işlərindən və məşğələlərdən ibarət olacaqdır.

 

Nəzəri Kurslar:

1-ci semestr

  • Riyaziyyatın seçilmiş bölmələri (Selected topics in Mathematics )
  • Müasir idarəetmə sistemləri (Modern Control Systems )
  • Optimal idarəetmənin müasir bölmələri ( Advanced topics of Optimal Control)
  • Əşyaların İnterneti (Internet of Things )
  • Bulud hesablamaları (Cloud Computing)

2-ci semestr

  • Proseslərin və müəssisələrin dinamikası (Dynamics of Plants and Processes)
  • Təsvirlərin rəqəmli emalının mütərəqqi bölmələri (Advanced topics of digital image processing)
  • Dərindən öyrənmə (Deep Learning)
  • Proseslərin idarəedilməsinin müasir bölmələri (Advanced Process Control)
  • Şəbəkə üzərində idarəetmə sistemləri (Networked Control Systems)

3-ci semestr

  • Daxilə qurulmuş sistemlər (Embedded  Systems)
  • Avtomatlaşdırma layihələrinin menecmenti (Management of Automation Projects)
  • Robototexnika və avtonom sistemlər (Robotics and autonomous systems)
  • Proseslərin avtomatlaşdırılmasının mütərəqqi bölmələri (Advanced Process Automation) (layihə)

Elmi-tədqiqat və pedaqoji təcrübə

Proqram çərçivəsində magistrantlar elmi-tədqiqat və pedaqoji  təcrübə keçəcəklər. Təcrübə zamanı  müxtəlif obyektlərin idarəetmə sistemlərinin yaradılması ilə bağlı elmi-tədqiqat işlərinin ideyadan başlayaraq son mərhələyədək bütün mərhələlərinin həyata keçirilməsi metodologiyasını öyrənəcəklər, elmi hesabatların tərtib olunması, tədqiqatların nəticələrinin təqdim olunması, elmi məqalələr yazılması sahələrində biliklər əldə edəcəklər. Pedaqoji təcrübənin təşkilində məqsəd magistrantları bilavasitə tədris prosesinə  cəlb etmək yolu ilə müxtəlif fənlərin tədris metodikalarını mənimsəməkdə yardım göstərməkdir.

Fərdi layihələr

Nəzəri kursları və elmi-tədqiqat təcrübəsini bitirdikdən sonra magistrantlar istehsalat müəssisələrindən əldə etdikləri məlumatlar əsasında obyektləri identifikasiya edərəkonların riyazı modellərini qur, idaəetmə nəzəriyyəsinin müasir bölmələrindən istifadə etməklə idarəetmə sistemini layihələndirə biləcəklər. Bu zaman idarəetmə sisteminin reallaşdırılması üçün müxtəlif şirkətlərin istehsal etdiyi avadanlığın müqayisəsi əsasında seçim aparmaq nəzərdə tutulur. Layihə BANM və şirkətlərin mütəxəssislərindən ibarət komissiya qarşısında müdafiə edilərək qiymətləndirilir.

Tədqiqat işinin nəticəsi magistr dissertasiyası olaraq BANM müəllimlərindən və kənar təşkilat və müəssisələrin mütəxəssislərindən ibarət ixtisaslaşdırılmış şura qarşısında müdafiə edilərək qiymətləndirilir.

Məzunları elmi-pedaqoji fəaliyyətə hazırlamaq məqsədilə “Psixologiya” və “Ali məktəb pedaqoqikası” fənlərinin tədrisi nəzərdə tutulmuşdur.

(T+P+L) = (Mühazirə + Məşğələ + Laboratoriya)

1-ci KURS, 1-ci SEMESTER

Fənnin kodu

Fənnin adı

Dərs saatları (T+P+L)

ECTS kreditləri

MATH 611

Riyaziyyat (yüksək səviyyə)

3 + 2 + 0

6

PAE 601

Müasir idarəetmə sistemləri

3 + 2 + 0

6

PAE 611

Optimal idarəetmə (yüksək səviyyə)

3 + 2 + 0

8

PAE 621

Kimya mühəndisliyinin əsasları

2 + 1 + 1

5

PAE 641

Alətlər və ölçmələr

2 + 2 + 0

5

 

1-ci KURS, 2-ci SEMESTER

Fənnin kodu

Fənnin kodu

Dərs saatları (T+P+L)

ECTS kreditləri

PDG 602

Ali məktəb pedaqogikası

2 + 1 + 0

4

PAE 652

Maşınla öyrətmə

3 + 2 + 0

6

PAE 662

Robast idarəetmə

3 + 2 + 0

6

PAE 672

Proseslərin dinamikası və idarəetmə

3 + 2 + 1

8

 

Seçmə fənn

3 + 2 + 0

6

 

2-ci KURS, 1-ci SEMESTER

Fənnin kodu

Fənnin kodu

Dərs saatları (T+P+L)

ECTS kreditləri

PSY 701

Psixologiya

1 + 1 + 0

2

PAE 741

Elmi-tədqiqatın metodologiyası

2 + 1 + 0

4

PAE 711

Əşyaların interneti

3 + 2 + 0

6

PAE 721

Robototexnika və avtonom sistemlər

3 + 0 + 2

6

 

Seçmə fənn

3 + 2 + 0

6

PAE 731

İstehsalat layihəsi

3 + 0 + 0

6

 

2-ci KURS, 2-ci SEMESTER

Fənnin kodu

Fənnin kodu

Dərs saatları (T+P+L)

ECTS kreditləri

PAE 790

Pedaqoji təcrübə

 

6

PAE 780

Elmi-tədqiqat təcrübəsi

 

6

PAE 799

Magistr Dissertasiyası

 

18