AZ / EN / RU
5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tədbir.

5 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” qadın hüquqlarının müdafiəsi mövzulu ilə təqdimat mərasimi keçirilib. Tədbirdə Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva Bakı Ali Neft Məktəbini təmsil edib. Tədbirdə qadın hüquqlarının beynəlxalq və milli hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, qadın və insan hüquqlarının regional müdafiə mexanizmləri, müvafiq istiqamətdə Azərbaycan Respublikasının milli qanunvericiliyi, qadınların siyasi, əmək, təhsil və digər hüquqları, cinayət, cinayət-prosessual və cəza icra hüququnda qadın hüquqları, qadınların məişət zorakılığından müdafiəsi, qadın və qızların reproduktiv hüquqları, qadın hüquqlarının daxili və xüsusi milli müdafiə vasitələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları: qadınlar və uşaqlar, silahlı münaqişələr zamanı qadın hüquqlarının müdafiəsi, soyqırım və silahlı münaqişələr zamanı qadına qarşı cinsi zorakılıq və digər müvafiq mövzularda geniş müzakirələr aparılmışdır. Tədbir çərçivəsində müvafiq mövzular ətrafında alimlər arasında müzakirələr keçirilib.