AZ / EN / RU
MBA - Biznesin idarə olunması

MBA Proqramının Əhəmiyyəti

4-cü sənaye inqilabının mövcud olduğu, texnologiyanın inkişaf etdiyi və iqtisadiyyatın davamlı şəkildə dəyişdiyi bir dövrdə daim yenilənən, çevik təhsil proqramlarına ehtiyac vardır. Məhz bu məqsədlə Ali Neft Məktəbi innovativ, yenilikləri dəstəkləyən və olduqca cevik olan bir MBA proqramı ərsəyə gətirmişdir. Hazırladığımız proqram biznes muhitində tələb olunan müasir çağırışlar və trendlərə tam cavab verir.

 

BANM-də MBA proqramının Üstünlükləri

Tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqları bu proqramda əldə edəcəklər. Kurslarımız olduqca praktik və əhatəlidir. MBA proqramını tədris edən şəxslər SOCAR-ın, dövlət strukturlarının və transmilli şirkətlərin rəhbər vəzifəli şəxsləridir. Bu məqsədlə siz davamlı təhsilə dəstək vermək və müasir dövrdə daim təhsil alaraq rəqabətcil mühitdə qalib gəlməyiniz üçün yeni bilik və bacarıqlar əldə etməlisiniz.

Bunu siz Azərbaycanın ən müasir və innovativ təhsil ocaqlarından olan Ali Neft Məktəbində əldə edə bilərsiniz. Ali Neft Məktəbi digər proqramlarda qazandığı uğurları eyni zamanda MBA proqramında da əldə etməkdədir.

 

Proqram sizə nə vəd edir?!

Rəqabətə davamlı karyera imkanları- BANM-in karyera mərkəzi ən əl çatmaz arzuları gerçəkləşdirə bilər. Bu komanda tələbə və məzunları dünyanın ən sürətlə inkişaf edən transmilli şirkətləri ilə əlaqələndirir. Eyni zamanda bu proqramı seçənlər ingilis dilində tədris olunan qlobal Master of Business Administration dərəcəsinə tam yiyələnəcəksiniz. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənnlər daxildir. Bu akademik və praktik bilikləri əldə edən şəxslər məşğul olduqları və ya artıq sahib olduqları biznesi daha da inkişaf etdirə biləcəklər.

 

Əlverişli (münasib) dərs qrafiki- Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslərin axşam saatlarında təşkil edilməyi planlaşdırırlır.

 

Akademik mükəmməllik- MBA proqramı tələbələrə zəngin innovativ və ptaktik biliklər vəd edir. Belə ki, kurikulum və dərs vəsaitləri dünyaca tanınmiş akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanmışdır. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin ediləcəklər.

 

Azərbaycanın ən qabaqcıl universitetində təhsil almaq imkanı- BANM məzunların işlə təmin olunmasına görə bu il birinci yerə çıxmışdır. Belə ki, ali məktəbi bitirən məzunların 100 %-i işlə təmin olunmuşdur. Bu uğur zəngin akademik və administrativ heyətin səyi nəticəsində ərsəyə gəlmişdir. BANM eyni nüfuzu MBA proqramı vasitəsilə daha da genişləndirmək niyyətindədir.

 

Geniş professional biznes əlaqələri (networking imkanları)- MBA proqramını seçən tələbələr Ali Neft Məktəbinin dünyanın ən tanınmış transmilli şirkətlərində çalışan məzunlar və müəllimlər şəbəkəsinə qoşulmaqla biznes əlaqələrinin genişləndirmək imkanı əldə edirlər.

 

Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktik biliklər almaq imkanı- Azərbaycanın və eləcə də, dünyanın ən öndə gedən qurumlarının (SOCAR, BP, dövlət təşkilatları və s.) tanınmış ekspertləri və rəhbər vəzifəli şəxsləri yalnız BANM-in MBA tələbələri üçün dərs demək üçün dəvət edilmişdirlər. Bununla tələbələr yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə yiyələnəcəklər.

 

Yüksək texnoloji laboratoriyalarla təchiz olunmuş möhtəşəm kampus- MBA tələbələri BANM-in yeni tikilmiş, ən son standardlara cavab verən kampusunda yerləşən geniş şəraitdən istifadə etmək imkanı əldə edirlər. Buraya zəngin kitabxana, yüksək texnoloji laboratoriyalar, idman zalları, üzgüçülük hovuzları, oyun meydançaları və digər imkanlar aid edilir.

 

Qəbul Qaydaları

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

 

Dil Bilikləri

Bakı Ali Neft Məktəbinin yaratdığı MBA ixtisası üzrə bütün dərslər yalnız ingilis dilində aparılacaqdır. Proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün ingilis dilini bilmək əsas şərtdir.

Bunun üçün Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçib, BANM-in MBA proqramına qəbul olan tələbələr qeydiyyat zamanı İELTS və ya TOEFL sertifikatlarını təqdim etməlidirlər:

  • IELTS 6.0 (hər 4 bölmə üzrə minimum 5.5 bal olmaqla) və ya TOEFL IBT 75 ballıq sertifikatları (son iki il ərzində alınmış) qəbul edilir.
  • Əgər tələbə ilkin bakalavr və ya magistr təhsilini tam olaraq ingilis dilində bitirmişdirsə, bu zaman yuxarıda qeyd edilən sertifikat tələb edilməyə bilər.
  • Əgər qeydiyyat zamanı tələbə İELTS və ya TOEFL sertifikatını təqdim edə bilmirsə, bu halda həmin tələbəyə sertifikatı əldə etməsi üçün birinci semestr boyunca möhlət verilə bilər.
  • Əgər MBA proqramına qəbul olan tələbə uzun müddət əsas danışıq dilinin ingilis dili olduğu xarici şirkətdə çalışmışdırsa, bu zaman əlavə daxili imtahan (və ya müsahibə) nəticəsində dil bilikləri təsdiq edildikdə qeyd olunan sertifikatlar tələb edilməyə bilər.

 

Proqramın tərkibi

Bizim MBA proqramı tənqidi düşüncəni, kreativ baxışı genişləndirmək üçün sizdən enerji, istək və intellekt tələb edir. Bununla bağlı MBA proqramına daxil olan komponentlər aşağıdakılardan ibarətdir:

 

Tanışlıq Sessiyası

Bu sessiya yeni qəbul olan tələbələrin MBA səyahətində ilk addımları olacaqdır. Burada əsas məqsəd BANM ailəsinə yeni qoşulan tələbələri universitet, onun geniş kampusu, yaradılan imkanlar və ali məktəbin ümumi qaydaları ilə yaxından tanış etməkdir. Eyni zamanda tələbələr ilk dəfə qrup yoldaşları və akademik heyətlə görüşüb ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

 

Əsas Fənnlər

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas olan bilik sahələri müəyyənləşdirilmişdir. Buaraya aiddir:

  • İdarəetmə və təşkilati davranış
  • Maliyyənin idarə olunması
  • Biznes və iqtisadiyyat üçün statistika
  • Marketinq konsepsiyaları
  • Menecerlər üçün mühasibat
  • İstehsalın və əməliyyatların idarə olunması
  • Tədqiqat metodologiyası
  • Strateji idarəetmə: nəzəriyyə və praktika
  • İnsan Resurslarının İdarə olunması
  • İdarəetmənin iqtisadiyyatı
  • İnformasiya Texnologiyalarının idarə olunması
  • Kapital qoyuluşu və Maliyyə strategiyaları
  • Bazarın öyrənilməsi və beynəlxalq biznes
  • Strateji dəyərlərin idarə olunması
  • Strateji idarəetmə və biznes siyasəti
  • Beynəlxalq idarəetmə
  • Risklərin idarəolunması və sığortalama

 

 

Seçmə fənnlər

BANM MBA tələbələri üçün müxtəlif sahələrdə biliklərini genişləndirmək və maraq sahəsini seçmək imkanı yaradır.

  • Mühasibat informasiya sistemi
  • E-kommersiya
  • Beynəlxalq biznes qanunu
  • Layihələrin idarə olunması
  • Beynəlxalq maliyyə idarə olunması
  • Beynəlxalq əlaqələr
  • Biznes münasibəti

 

Magistr Dissertasiyası

Magistr dissertasiyası MBA proqramının çox önəmli kredit verən komponentlərindən biri hesab edilir. Tələbələr MBA-da aldıqları bilikləri öz maraqlarına uyğun sahəni seçərək daha da dərindən araşdıracaqlar. Bu iş onlarda akademik tədqiqat bacarıqlarınn inkişafına xidmət edəcəkdir.

 

Yay İmkanları

BANM yayda tələbələrin vaxtlarının səmərəli keçirməsi üçün daim müxtəlif imkanlar yaradır. MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcəkdir. Bununla bağlı BANM-in karyera mərkəzinin təcrübəli əməkdaşları daim tələbələrə dəstək olmağa hazırdır.

 

Təhsil haqqı

İllik Təhsil haqqı 5000 Azərbaycan Manatı kimi müəyyən edilmişdir.