AZ / EN / RU
Fənnlər
  1. Idarəetmə və təşkilati davranış

Bu fənn müxtəlif mədəniyyətlərin cəmləşdiyi  iş mühitində şəxsləri, qrupları və təşkilati davranışları biznes nöqteyi nəzərdən öyrənir.  Burada əhatə olunan mövzulara idarəetmənin nəzəriyyəsi, kommunikasiya, anlayışların qəbul edilməsi, motivasiya, liderlik, mükafatların idarəedilməsi, stresin idarəedilməsi, işçilərin konsultasiyası, qiymətləndirmə sistemləri, inzibati işçi qaydaları, konfliktlərin idarəedilməsi, təlim və təşkilati inkişaf aiddir. Bu fənnin keçirildiyi dövrdə tələbələr istər individual formada, istərsə də qrup şəklində tapşırıqlar və biznes simulyasiyalar üzərində işləyəcəklər.

 

  1. Maliyyənin idarəolunması

Bu fənn təşkilatlarda maliyyə srategiyası və operativ qərarvermə üsullarının öyrənilməsi üçün tərtib edilmişdir. Bu dərs qərar qəbul edənləri daha səmərəli idarəetmə qərarları vermək üçün müxtəlif maliyyə nəzəriyyəsi, anlayışları və alətləri ilə təmin edir. Eyni zamanda tələbələrə maliyyə analizi sahəsində daha sağlam qərarlar verməyə və başqalarının fəaliyyətini qiymətləndirməyə kömək olacaqdır.

 

  1. Menecerlər üçün mühasibat

Bu fənn menecerlərə fəaliyyətin planlaşdırılması və qiymətləndirilməsi, nəticədə müxtəlif alternativ həll yollarının seçilməsində dəstək olacaq maliyyə sahəsində informasiyanı nümayiş etdirəcəkdir. Eləcə də, bu kurs yalnız menecerlər tərəfindən tətbiq edilən mühasibatlığı əhatə edəcəkdir. Sonda siz muhasibatlığın əsaslarını, ənənəvi mühasibatlığın çatışmazlıqları və effektiv qərarların verilməsi üçün lazım olan maliyyə biliklərini əldə edəcəksiniz. 

 

  1. Biznes və İqtisadiyyat üçün Statistika

Bu fənn biznes sahəsində tətbiq edilən əsas statistik anlayışları və metodları özündə birləşdirir. Burada əsas diqqət mərkəzində olan sahə nümunə və əhalinin təsvir və müqayisə edilməsində istifadə edilən parametrik üsullardır. Fənnin əsas məqsədi sizə məlumatlar barədə yeni düşünmə tərzini təqdim edərək, statistikanın tətbiqi, çatdırılması və şərh edilməsi barədə olan informasiyanı verməkdir. Statistika biznes funksiyalarının və strukturunun ayrılmaz hissəsi olduğu üçün bütün biznes yönümlü sahələrdə təməl kurs hesab edilir.

 

  1. Marketinq Konsepsiyaları

Bu fənn tələbələrə qlobal iqtisadiyyatda əmtəə və xidmətlərin marketinqini təqdim edir. Bu, sizi marketoloqların tətbiq etdiyi əsas fəaliyyət və strategiyalarla tanış etmək üçün hazırlanmış ümumi bir kursdur. Tələbə biznes mühitində marketinqin rolu haqqında baza bilikləri əldə edəcəkdir. Kurs marketinqin əsas komponentləri olan qiymətləndirmə, əmtəə, paylanma, reklam, topdan və pərakəndə satışı əhatə edir. Marketinqin digər elementləri də burada əhatə olunmuşdur ki, bu da bir daha marketinqin şirkət fəaliyyətində əhəmiyyətini nümayiş etdirir. 

 

  1. İstehsalın və əməliyyatların idarəedilməsi

Bu fənn əməliyyatların idarəedilməsi ilə tanış edən əsas anlayışlardan, prinsiplərdən və təcrübi biliklərdən ibarətdir. Kurs boyu əsas diqqət mərkəzində olan mövzu istər əmtəə istehsalı, istərsə də xidmət sahəsindəki əməliyyatların səmərəliliyinin artırılmasına xidmət edən idarəetmə prosesləridir. Əhatə olunan digər mövzular arasında əməliyyatların strategiyası, proseslərin dizaynı, istehsal həcminin planlaşdırılması, avadanlıqların yerləşdirilməsi və dizaynı, proqnozlaşdırma, istehsal cədvəlinin qurulması, inventarizasiya nəzarəti, keyfiyyətin təminatı və layihə idarəedilməsi vardır.

 

  1. Tədqiqat Metodologiyası

Bu fənn tələbələrə tədqiqatın əhəmiyyəti, təbiəti, əhatə sahəsi və metodlarını təqdim edəcəkdir.  Əlavə olaraq kurs kəmiyyət və keyfiyyət dizaynlarını tələbənin seçdiyi sahənin araşdırılmasına tətbiq edərək, spesifik problemlərin həllinə xidmət edən əsas və ikinci dərəcəli tədqiqat metodlarını özündə birləşdirəcəkdir.

 

  1. Strateji İdarəetmə

Bu fənn strateji idarəetmənin əhəmiyyətini vurğulayır. Tələbələr burada yeni biliklər öyrənməklə yanaşı, təşkilatlarda strateji qərar vermə ilə bağlı öncəki təcrübələrini tətbiq etmək imkanı əldə edəcəklər. Strateji idarəetmə fənni təşkilatın vizyonu və missiyasını araşdırmaq, təşkilati analizin prinsiplərini, üsullarını öyrənmək, effektiv strateji liderliyin təkmilləşdirilməsi üçün biznes və idarəetmə etikasının qurulması və tətbiqinin nəzəri və praktik əsaslarını müzakirə etmək üçün hazırlanmışdır.  

 

  1. İnsan Resurslarının İdarəedilməsi

Bu kurs təşkilat daxilində insan resurslarının idarəedilməsinin hüquqi və davranış tərəflərini öyrənir. Eləcə də, insan resurslarının idarəedilməsinin  təşkilatda rolunu müzakirə edir. Əsas əhatə etdiyi mövzular işçilərin idarəedilməsi, işçi potensialının artırılması, təşkilati davranış, rəhbər və işçi münasibətləri, kompensasiya və təminat və  insan resurslarının idarəedilməsi funksiyalarının təşkilatın strateji məqsədlərinə xidmət etməsidir.

 

  1. İdarəetmənin İqtisadiyyatı

Bu kurs əsas dünya iqtisadi problemlərinin analiz edilməsi üçün əsas iqtisadi alətlərin tətbiqini nümayiş etdirir.  Burada həm mikroiqtisadiyyat (fərqli bazar strukturunda müştəri və şirkətlərin davranışı), həm də makroiqtisadiyyat (iqtisadiyyatı tam analiz edən anlayış və alətlər) sahəsinin mövzuları əhatə olunmuşdur.

 

  1. İnformasiya Texnologiyaların İdarə olunması

Biznes təşkilatlarının informasiya texnologiyalarından asılılıqları getdikcə artır. Şirkətin 5 ildən sonrakı durumu onun bugün informasiya texnologiyalarının hansı vəziyyətdə olmasından çox asılıdır.  Bunun üçün menecerlərin informasiya texnologiyalarının mövcud əməliyyatlar sisteminə tətbiqinin əhəmiyyətini qəbul etməsi çox önəmlidir. Bu kurs menecerlərə informasiya texnologiyalarının idarəedilməsinin çətinlikləri, imkanları və riskləri barədə geniş informasiya verəcəkdir.

 

  1. Strateji dəyərlərin idarəedilməsi

Bu kursun sonunda tələbələr xərclər və idarəetmə mühasibatlığının qiymətləndirilməsi və sintezi ilə bağlı bacarıqlarını təkmilləşdirərək, problemli sahələrin mövcud inkişaf yollarını dərk edəcəklər. Burada qərarvermə və nəzarətin icra olunduğu mürəkkəb müasir sənaye təşkilatları müzakirə olunacaqdır. Əlavə olaraq, xərc sistemləri, xərclərə əsaslanan fəaliyyət, fəaliyyətin idarəedilməsi və müasir xərclər sistemində problemlərin icrası kimi mövzular əhatə olunacaqdır.  

 

  1. Bazarın öyrənilməsi və beynəlxalq iqtisadiyyat

Bu fənn tələbələri dinamik beynəlxalq mühitə praktik cəhətdən hazırlamaq üçün yaradılmışdır. Azad ticarətin artdığı müasir dünya bir sıra ölkələrin beynəlxalq biznes fəaliyyətinə təsir edir, nəticədə bazarın öyrənilməsinin əhəmiyyəti artır, çünki istehsal prosesləri qloballaşır. Bu kurs vasitəsilə tələbə öyrəndiyi bütün anlayışları tətbiq edə biləcəkdir ki, buraya qarşılıqlı ticarət, mədəni müxtəliflilik, qlobal marketinq, xarici mübadilə bazarları, siyasi mühit və qlobal insan resurslari coğrafiyası, ticarət blokları, beynəlxalq biznes strategiyaları, ixrac və idxal aiddir.

 

  1. Kapital Qoyuluşu və Maliyyə Strategiyaları

Bu kurs portfolio menecer nəzərindən capital qoyuluşu qərarlarının verilməsini əhatə edir. Buraya daxil olan mövzulara, professional investisiya portfoliosunun fəaliyyətinin qurulması, davamlılığı və qiymətləndirilməsi aiddir.  Bu fənn MBA tələbələri üçün xüsusilə hazırlanmışdır ki, onlar səhm və sabit gəlir portfoliosunun qurulması və idarəedilməsi, aktivlərin bölünməsi, aktivlərin professional idarəedilməsi və alternativ inverstisiyalar haqqında geniş biliklər əldə etsinlər. 

  1. Risklərin İdarəedilməsi və Sığortalama

Bu fənn tələbələri risklərin idarəedilməsi və sığorta sahəsində zəngin biliklərlə təmin etmək üçün hazırlanmışdır. Burada bütün növ risklər müzakirə olunacaqdır: əmlak riski, öhdəlik riskləri, şəxsi risklər, maliyyə riskləri kimi spekulyativ risklər. Eyni zamanda risklərin idarəedilməsinin müxtəlif anlayışları əhatə ediləcəkdir ki, buraya risklərə nəzarət, sığorta siyasəti və risklərin maliyyələşməsi, maliyyə planlaşdırılması, social təminat, əməliyyatların sığortalanması, yenidən sığortalama, innovativ kapital bazarının  maliyyələşməsi planları aiddir.   Əsas diqqət şəxsi risklərin idarəedilməsi və sığorta sahələrinə verilmişdir, məsələn, avtomobil sığortası, evin sığortası, həyat sığortası, tibbi sığorta və s.

  1. Beynəlxalq biznes qanunu

Bu kurs tələbələri beynəlxalq biznes qanununun əsas anlayışları ilə tanış etmək üçün hazırlanmışdır. Əsas anlayışlar sırasına beynəlxalq biznes əlaqələri zamanı ortaya çıxan hüquqi məsələləri misal gətirmək olar.  Bu fənn həm də beynəlxalq müqavilə qanun, konflikt qanunu, beynəlxalq məxfi disput qərarları, xarici qanun seçimi, əmtəənin daşınması, beynəlxalq nəqliyyat və s. kimi mövzuları da əhatə edəcəkdir.

  1. Mühasibat İnformasiya Sistemi

Mühasibat informasiya sistemi çevik inkişaf və dəyişiklərin nəticəsi olaraq 2 müxtəlif sahəni özündə birləşdirir: mühasibat və informasiya texnologiyası. Elektron ticarət, birbaşa biznes əlaqələri, kağızsız iş prosesi və digər başqa innovativ texnologiyalar informasiya texnologiyaları sahəsində təcrübəsi olan mühasiblər üçün yeni imkanlar və çətinliklər yaratmışdır. Bir sıra ənənəvi maliyyə funksiyaları texniki və maliyyə bilikləri tələb edən sistemlərdə cəmləşmişdir. Bu fənn məhz yeni yaranan çətinlik və imkanları qarşılamaq üçün tələbələri bilik və bacarıqlarla təmin etmək üçün hazırlanmışdır.  Fənnin adından bəlli olduğu kimi bu tamamilə kompyuter tətbiqindən ibarətdir. Bu kursun məqsəqlərinə çatmaq üçün kompyuter laboratoriyası və internet şərtdir.

  1. Biznes Analizi

Bu fənn idarəetmə qərarlarını dəstəkləmək üçün biznes analizin tətbiqini əhatə edir. Burada qərarların nəzəri və konseptual əsasları, eləcə də kommersiya alətləri müzakirə ediləcəkdir. Eyni zamanda sistemlərin qurulması və icrası üçün lazım olan üsullar nümayiş etdiriləcəkdir.

 

  1. Strateji İdarəetmə və biznes siyasəti

Bu kurs strateji idarəetmə prosesinin dəyərini vurğulayır.Biznes siyasəti strateji idaretmənin səmərələliliyini təmin etmək üçün əsas nəzərə alınan amillərdən hesab edilir. Bu fənnin keçirildiyi dövr ərzində tələbələr sahə ilə bağlı müxtəlif praktik və innovativ biliklər əldə edəcəklər.

 

  1. Beynəlxalq idarəetmə

Bu fənn beynəlxalq mühitdə yaranan biznes çətinlikləri ilə tələbələri tanış edir. Əsas məqsəd tələbələri beynəlxalq biznes maraqları olan təşkilatlarda fəaliyyət göstərən yerli menecerləri nəzərə almaq barədə xəbərdarlıq etməkdir.