AZ / EN / RU
Tez-Tez verilən suallar

1.MBA-ə kimlər müraciət edə bilər?

Bakı Ali Neft Məktəbinin ilk dəfə təsis etdiyi MBA proqramı bir neçə il təcrübə qazanmış şəxslərlə yanaşı, bakalavrı yeni bitirən tələbələr üçün də qapılarını açır.

Bakalavr dərəcəsinin hansı ixtisas üzrə aldığınızdan asılı olmayaraq MBA proqramı biznes və idarəetmə üzrə bilik və bacarıqlarını genişləndirmək istəyənlərə geniş imkan yaradır:

  • Mövcud karyeranı inkişaf etdirmək və yeni vəzifə perspektivləri;
  • Karyeranın tamamilə yeni sahələrdə dəyişib, təkmilləşməsi;
  • Öz biznesinin qurulması.
  1. MBA proqramına qəbul şərtləri hansılardır?

Bakı Ali Neft Məktəbinin təklif etdiyi MBA proqramı üzrə qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

  1. MBA proqramında təhsil hansı dildədir?

Bizim MBA proqramında təhsil yalnız ingilis dilindədir. Bunun üçün müraciət edənlərin dil biliklərinin kifayət qədər yüksək olmağı nəzərdə tutulmuşdur.

  1. MBA proqramına qəbul olmaq üçün İELTS, TOEFL və ya hər hansı digər ingilis dili biliyini sübut edən sertifikat tələb edilirmi?

Tələbələrin MBA proqramına qəbul olması üçün ingilis dili biliyini sübut edən sənəd (İELTS, TOEFL) əsas tələb edilən sənədlər arasındadır. Əgər bundan öncəki bitirdiyiniz bakalavr və ya magistr təhsiliniz ingilis dilində olduğu tədqirdə, sertifikat tələb edilməyə bilər.

  1. MBA-ə qəbul olmaq üçün bakalavr təhsilim hansı sahədə olmalıdır?

MBA ümumi idarəetmə proqramı olduğundan istənilən universitetin ən azı bakalavr dərəcəsini uğurla əldə edən hər hansı şəxs BANM-in MBA proqramı üzrə təhsil ala bilər.

  1. MBA tələbələri karyeraya hansı istiqamətlərdə hazırlayır?

Ümumilikdə, MBA  idarəetmə bacarıqlarının tələb edildiyi istənilən karyera istiqamətlərində təkmilləşməyə kömək edir. MBA universal proqram olaraq müxtəlif sahələrdən gələn insanları birləşdirir. Bunlara maliyyə, kansultasiya, istehsal sahələri ilə yanaşı sağlamlıq, texnologiya və digər sənaye istiqamətləri aid edilir. Eləcə də, MBA öz biznesini qurmaq istəyində olanlara, yaxud mövcud ailə biznesinin idarəetməsində  dəstək olmaq istəyənlərə əvəzsiz praktik biliklər vəd edir.

  1. MBA-ə müraciət etmək üçün mənim iş təcrübəmin hər hansı biznes sahəsində menecer kimi fəaliyyətdə olmağım mütləqdirmi?

Xeyir. Sizin məhz menecer vəzifəsində olmağınız vacib deyildir. Bu proqram həm texniki, həm maliyyə, həm də şəxsi biznesinin idarəedilməsində təcrübəsi olan hər kəs üçün nəzərdə tutulmuşdur. Biz eləcə də, dövlət, tibb, incəsənət və idman sektorundan olan müraciətləri də qəbul edirik.

  1. MBA-də təhsil alarkən işləyə bilərəm?

Bəli. BANM-in MBA proqramı məhz tam ştat üzrə işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, yeni dərs cədvəli işlənib hazırlanmışdır. Dərslər yalnız həftə içi 3 gün və axşam saat 18:00-dan sonra təşkil edilir.

  1. Proqramın müddəti nə qədərdir?

MBA proqramı 4 semestr olmaqla ümumilikdə 2 il davam edir.

  1. Proqramın sonunda hansı elmi dərəcə verilir?

BANM MBA proqramını uğurla bitirən hər bir kəs Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Biznesin İdarəedilməsi üzrə Magistr” dərəcəsi  ilə təltif edilir.

  1. MBA proqramında təhsil haqqı neçəyədir?

BANM-in təsis edəcəyi ilk MBA proqramı üzrə təhsil haqqı illik 5000 AZN müəyyən edilmişdir.

  1. Təhsil haqqında hər hansı güzəştlər nəzərdə tutulmuşdur?

Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.