AZ / EN / RU
KAFEDRANIN İLK BURAXILIŞ İŞLƏRİ

2018-ci ilin iyun ayının 5-də Processlərin Avtomatlaşdırılması mühəndisliyi kafedrasında ilk buraxılış işlərinin müdafiəsi təşkil olunmuşdur. Müdafiədə AM-01 qrupunun 12 tələbəsi iştirak etmişdir. Həmin qrupun 4 tələbəsi isə ERASMUS+ layihəsi çərçivəsində Yunanıstanın Piraeus Universitetində öz buraxılış işlərini müdafiə etmişdilər.

 Tələbələrin bütün çıxışları çox böyük maraqla qarşılanmışdır. Dövlət Attestasiya Komissiyası tərəfindən çoxlu suallar verilmişdir. Tələbələr sualları ətraflı cavablandırmışlar.

Kafedranın birinci buraxılışı çox ugurlu alınmışdır! Hamını təbrik edirik!