AZ / EN / RU
Proseslərin Avtomatlaşdırılması üzrə laboratoriya

Proseslərin avtomatlaşdırılması mühəndisliyi – mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər.  Proses Avtomatlaşdırma Mühəndisliyinin məqsədi sistemlərin layihələndirilməsi, tətbiqi və monitorinqi üzrə mütəxəssisləri hazırlamaqdır. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası Bakı Ali Neft Məktəbində 2013-cü ildən başlayaraq tədris olunur. Hal hazırda "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" (050628) ixtisası üzrə 100-dən çox tələbə təhsil alır və bakalavrların (BEng) hazırlanması üzrə dərs proqramı tədris olunur. Məzunlar həm dövlət həm də özəl sektorda işləyə bilər: Sənaye məhsulları, avtomatlaşdırma sistemləri yaradan (ABB, Emerson, Avandsis Group, Schneider Electric, Rockwell Automation, NOC&A və s.) və istifadə edən şirkətlər (SOCAR, BP və sənayenin başqa sahələrində o cümədən,  kağız sənayesi, avtomobil sənayesi, qida və kənd təsərrüfatı sənayəsi). Bunda əlavə, təhsilini başa vurmuş tələbələr istehsal proseslərinin avtomatlaşdırılması üçün istifadə olunan metod və vasitələrin layihələndirilməsi, yaradılması və istismarı,  avtomatlaşdırılmış sistemlərin idarəsi mühəndisliyi, avtomatlaşdırılmış sistemlərin konstruktoru, istehsal proseslərinin mexanikləşdirməsi və optimallaşdırılması mühəndisliyi, proqramçı və s. kimi vəzifələrdə çalışa, həmçinin bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektorunda da işləyə bilərlər.

  • Riyaziyyat 
  • Fizika 
  • Proqramlaşdırma və kompüterlərin tətbiqi
  • Azərbaycan  dili və nitq mədəniyyəti
  • Azərbaycan tarixi
  • Proseslərin avtomatlaşdırılmasına giriş
  • Mühəndislikdə ədədi üsullar
  • Təhlükəsizlik və sağlamlıq
  • Elektrik texnikasi
  • Elektrik ölçmələri
  • Neft-qaz və neft-kimya texnologiyaları
  • Verilənlərin strukturu və alqoritmlər
  • Elektrik materialları və qurğular
  • Siqnallar və sistemlər
  • Mühəndis mexanikası
  • Rəqəmli elektronika
  • Analoq elektronika
  • Elektromexaniki qurğular
  • Iqtisadiyyat
  • İdarəetmə nəzəriyyəsi
  • Mikroprosessorlar
  • Qeyri-elektrik kəmiyyətlərin ölçülməsi
  • Kompüterlərin texniki sənədləşdirmədə tətbiqi
  • Proseslərin simulyasiyası
  • İdarəetmə nəzəriyyəsi
  • Proqramlaşdırılan məntiqi kontrollerlər
  • Sistem identifikasiyası
  • Proseslərin idarə olunması
  • Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemləri (SAP)
  • Rəqəmli siqnalların və verilənlərin emalı
  • Sənaye kompüter şəbəkələri
  • Texnoloji proseslərin avtomatlaşdırılması
  • Supervayzerli idarəetmə və verilənlərin toplanması
  • Mülki müdafiədə tibbi yardımın əsasları

Bir neçə fənlərin laboratoriya işləri proqram təminatı ilə həyata keçirilir. Bunlara MATLAB, SAP, PROTEUS, MULTISM, Automation Studio, WinCC Tia Portal, Aspen Hysys və başqa proqramları misal çəkmək olar. Digər laboratoriyalar işləri isə real qurğular üzərində aparılır.

Proseslərin avtomatlaşdırılması ixtisasına uyğun laboratoriyalar müxtəlif şirkətlər tərəfindən təchiz edilmişdir.

  • Elektrik texnikası laboratoriyası Elektrik mühəndisliyi, Elektrik Ölçmələri, Elektrik Materialları və Qurğuları, Rəqəmli elektronika, Analoq Elektronika kimi fənlərin tədrisi üçün istifadə edilir:

 

Laboratoriya otağında olan çox funksiyalı, üç fazalı enerji təchizatı, plug-in sistemi, ossiloskoplar, multimetrlər və digər avadanlıqlar Lucas-Nuelle texniki-sənaye təhsil və təlim şirkətinin məhsuludur və laboratoriya ELOTRAIN kursları çərçivəsində hazırlanıb. Tələbələr müəllim təlimatı ilə laboratoriya tapşırıqlarını yerinə yetirirlər, plug-in komponentləri ilə elektrik dövrələri qurur, çox funksiyalı elektrik təchizatı vasitəsilə təmin edir, ölçmələri aparır və nəticəni ossiloskop vasitəsilə müşahidə edirlər:

 

Almaniya məhsulu olan EasyPIC v7 adlı avadanlığı əlavə proqram təminatına ehtiyac olmadan PIC Microcontroller texnologiyasını, Basic, Pascal və ya C proqramlaşdırma dillərini, mikro sistemləri və onlarla işləməyi öyrənmək üçün ali məktəb tərəfindən alınmışdır. Bu, Mikroprosessor fənninin laboratoriya işlərində istifadə olunur:

 

Maşın və qurğuların idarə olunmasında tətbiq olunan SIMATIC S7-300 universal proqramlaşdırılabilən kontroller Siemens şirkətinin məhsuludur. Tələbələr Proqramlaşdırılabilən məntiqi kontrollerlər fənninin laboratoriyasında həmin cihazın köməkliyi ilə kontrollerin işləmə prinsiplərini, proqramlaşdırma dillərini öyrənib, müstəqil şəkildə tapşırıqları yerinə yetirirlər:

 

Sənaye Kompüter Şəbəkələri, şəbəkə modelləri, protokollar və s. haqqında öyrənmək və praktiki tətbiq etmək məqsədi ilə Ali Neft Məktəbində COM3LAB laboratoriyası yaradılmış. Bu laboratoriya eyni zamanda, Sənaye Kompüter Şəbəkələri fənni üçün də istifadə edilir:

 

Emerson şirkətinin təşkil etdiyi "Emerson təlim-tədris mərkəzi" laboratoriyasında (Proseslərin idarə olunması fənni) tələbələr nəzarət ölçü cihazları, nasoslar, idarəetmə sistmləri ilə yaxında tanış olur, kiçik prosesləri dizayn edib onlari idarə edir, üstəlik naqilsiz idarəetmə ilə prosesi nəzarətdə saxlayırlar:

 

Texnoloji prosesin avtomatlaşdırılması kursu, praktiki olaraq, Schneider Electric şirkətinin kontrolleri ilə təchiz olunmuş və Avandsis qrupu tərəfindən hazırlanmış laboratoriya otağında keçirilir. Tələbələr sahə cihazları ilə ölçmələr aparır, müəyyən proseslərin idarəsini Triconex məhsulu olan Trisation program təminatı vasitəsi ilə həyata keçirirlər:

 

Müasir SCADA sistemlərinin əsas prinsipləri, SCADA aparat təminatı, SCADA sistemlərinin proqram təminatı və protokolları, prosesə nəzarət və məumatların əldə edilməsi üçün müasir yanaşmalar və metodlar, və digər xüsusiyyətlərin öyrədildiyi laboratoriya otağı ABB şirkəti tərəfindən təchiz olunmuşdur. Tələbələr Supervayzerli idarəetmə və verilənlərin toplanması fənnində 800xA Distributed Kontrol sistemi vasitəsilə SCADA sistemləri haqqında məlumat əldə edir, nəzarət ölçü cihazları ilə tanış olurlar: