AZ / EN / RU
BANM-nin 1-ci kurs tələbələri "Dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə və üzgüçülüyün əsasları" təlim kursunda iştirak edib.

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft–qaz mühəndisliyi", "Kimya mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə təhsil alan I kurs tələbələrinə 13 iyun 2018-ci il tarixindən 03 iyul 2018-ci il tarixinədək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə və üzgüçülüyün əsasları” təlim kursu keçirilib.

BANM-in tələbələrini dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə, hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırdılar. 

Kursları uğurla bitirən tələbələrinə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin sertifikatlar veriləcək.