AZ / EN / RU
Fizika laboratoriyası

Fizika qanunları eksperimental və müşahidə faktorlarına əsaslanır. Bu səbəbdən laboratoriya işləri ümumi fizika fənninin, eləcə də fizika profilli digər fənlərin mühüm tərkib hissəsi olub BANM tələbələrinə fundamental elmi hesablamaları aparmaq və fizika qanunları barədə təsəvvürlərini genişləndirmək istiqamətində bacarıqlarını təkmilləəşdirmək imkanı yaradır.

Laboratoriyada aparılan işin məqsədi müvafiq qurğu və avadanlıqların vasitəsi ilə aparılan real təcrübələr çərçivəsində fizika ideyalarının əhəmiyyətini anlamaqda yardımçı olmaq, həmçinin tələbəni fizika sahəsində araşdırmaların aparılması üçün zəruri olan metod və vasitələrlə tanış etməkdir.

Tələbələr üçün real həyatda kəmiyyət ölçmələrini aparmağın çətinliyini hiss etmək və təcrübə ilə bağlı məlumatları qeydə alıb onlardan istifadə etməyi öyrənmək vacib əhəmiyyət kəsb edir. Bu baxımdan BANM-in hər bir tələbəsindən ona verilmiş laboratoriya işini müvəffəqiyyətlə həyata keçirmək və başa vurmaq tələb olunur.

Laboratoriyalarımız Almaniyanın LD DIDACTIC Group şirkətindən alınmış müasir avadanlıqlarla təchiz edilmişdir. Bu şirkət universitetlərin elmi-tədqiqat laboratoriyaları üçün avadanlıqlar istehsal edən dünyaca məşhur şirkət olub eyni zamanda orta məktəb və universitetlər üçün elm və mühəndislik sahəsində yüksək keyfiyyətli təlim-tədris sistemlərinin istehsalçısı olaraq da tanınır.

Bu laboratoriya aşağıdakı avadanlıqla təchiz olunub:

Qeyri-elastiki toqquşmada enrji və impuls – U şəkilli işıq baryeri ilə ölçmə

 

Çevrə boyunca hərəkətdə gedilən yolun zamandan asılılıq qrafikləri – CASSY ilə məlumatın qeydə alınması və nəticələrin dəyərləndirilməsi

 

Kulon qanununun isbatı – Schürholz konstruksiyalı burulma tərəzisi ilə ölçmə

 

Müstəvi kondensatorun lövhələri arasındakı elektrik sahəsinin intensivliyinin ölçülməsi

 

CASSY ilə cərəyan axan keçiricilərə bircinsli maqnit sahəsi tərəfindən təsir edən qüvvələrin ölçülməsi

 

Dəyişən maqnit sahəsinin keçirici qapalı dövrədə əmələ gətirdiyi induksiya elektrik hərəkət qüvvəsinin helablanması – tranzistorlu cərəyan generatoru ilə

 

He-Ne lazeri ilə Fresnel güzgüsündə (bucaq altında yerləşdirilmiş qoşa güzgülər) isğın interferensiya hadisəsi

 

Polikristal qəfəsində electronların saçılması (Debye-Scherrer difraksiyası)

 

9) Balmer seriyasında yerləşən Hɑ, Hɮ və Hɣ dalğa uzunluqlarını təyin etmək

 

Cs-137 radioaktiv elementinin yarımparçalanma müddətinin təyin edilməsi – CASSY ilə atomların parçalanma əyrisinin qeydə alınması və nəticələrin dəyərləndirilməsi