AZ / EN / RU
Mexanika və Termohidrodinamika laboratoriyası

Laboratoriya Almaniyanın GUNT və TecQuipment şirkətinin avadanlıqları ilə təchiz edilmişdir. Bu şirkətlər Almaniya və Avropanın ən yüksək standartlarını izləməsi tanınırlar. Bu avadanlıqlar axını, müxtəlif cihazlarla hesablanmış axınların müqayisəsini, təzyiqi, təzyiq itgilərini, real bərk cisimlərdə deformasiyanı və dayaq reaksiyalarını, mərkəzdənqacma nasoslarında qəbul edilən və təhvil verilən təzyiqləri, nasos xarakteristikası əyrilərini və s. ölçülməsinə Imkan verir. Bu da tələbələrin maye və bərk cisim mexanikasının dair nəzəri biliklərini möhkəmləndirməyə, onları təcrübi nəticələrlə müqayisə etməyə və mühəsdiisin real işdə rastlaşa biləcəyi praktikanı laboratoriyada müşahidə etməyə imkan verir. Laboratoriyada bu təcrübələr 5 nəfərlik qruplarla aparılır. Təcrübələri aparərkən bütün təhlükəsizlik tədbirlərin görülməsinə xüsusi önəm verilir və tələbələr bütün lazımı avadanlıqlarla təmin edilir.

Bu laboratoriya aşağıdakı avadanlıqla təchiz olunub:

Hm 150 (Maye mexanikasında eksperimentlər üçün təməl modul)

 

HM 150.04 (Mərkəzdənqaçma nasosu)

 

HM 150.07 (Bernulli prinsipini nümayiş etdirən cihaz)

 

HM 150.11 Boru sistemində itgilər (Mayedə sürtünmə cihazları)

 

HM 150.13 (Axın ölçmə üsulları)

 

HM 150.29 Əyilmə və Yerli Müqavimət Elementlərində İtgilər

 

STR 13 (Davamlı və aralıq tirlər)

 

WL 203 (Təzyiq ölçmə üsulları - yüksüz ağırlıq ölçən porşeni)