AZ / EN / RU
15 - 16 aprel 2019-cu il I Respublika Tələbə Elmi Konfransı "Kimya və Kimya Mühəndisliyində Perspektivlər"

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün qeyd olunması ilə bağlı Bakı Ali Neft Məktəbində 15 - 16 aprel 2019-cu il tarixində “Kimya və Kimya Mühəndisliyində Perspektivlər” mövzusunda I Respublika Tələbə Elmi Konfransı keçiriləcək.

 

Konfrans bölmələri aşağıdakılardır:

  • Ekoloji problemlər
  • Polimer, kompozisiya materialları və mütərəqqi materiallar
  • Proqram əsaslı kimya mühəndisliyi
  • Neft və qaz istehsalı texnologiyası
  • Neft-kimya prosesləri
  • Biotexnologiya və əczaçılıq

 

Konfransda iştirak etmək arzusunda olan şəxslər məruzələrini 15 mart 2019-cu il tarixinə qədər müvafiq tələblərə uyğun olaraq Bakı Ali Neft Məktəbinin internet səhifəsində (http://conference-bhos.az) elektron qeydiyyatdan keçməklə təqdim etməlidirlər.

 

Tezislərin tərtib olunması qaydaları

Konfransın işçi dili Azərbaycan, rus və ingilis dilləridir.

İngilis dilində təqdim olunmuş məruzələr antiplagiat sistemində yoxlanacaqdır.  

Konfrans barədə ətraflı məlumat almaq üçün Konfrans üzrə əlaqələndirici şəxs Rima Quliyeva ilə əlaqə saxlamaq mümkündür: chemical.eng@bhos.edu.az