AZ / EN / RU
Əcnəbi tələbələr

BANM MBA proqramına əcnəbi vətəndaşların qəbulunu elan edir.

Qəbul üçün müraciət etmiş əcnəbilərin təqdim etdikləri sənədlər müvafiq strukturlarda baxılır və yalnız bundan sonra qəbul haqqında qərar verilərək əcnəbiyə məzmunu qərardan asılı olan müvafiq məktub göndərilir.

bul mərhələləri

Müraciət etmək üçün aşağıda qeyd edilən sənədləri admissions@bhos.edu.az elektron ünvanına göndərmək lazımdır:

  • Ərizə forması (yükləyin)
  • İştirak etdiyiniz bütün qurumların ali təhsil proqramlarından rəsmi transkriptlər
  • Bir akademik və ya peşəkar tövsiyə hesabatı forması
  • CV (elektron formada göndərilə bilər)
  • Dil bilikləri (IELTS 6.0 / TOEFL iBT 75 )
  • GMAT (qəbul üçün müəyyən edilən minimum bal 400-dür)

Müraciət üçün son tarix: 15 iyun

Bütün sənədlərin son tarixədək qəbul edilməsinin təminatı, ərizəçinin öz məsuliyyətindədir.

Qeyd: Qəbulla bağlı müsbət qərar verildikdə, müvafiq sənədlər Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmalıdır (xərclər tələbə tərəfindən qarşılanmalıdır).

Təhsil Haqqı

BANM-də təhsil alacaq hər bir əcnəbi tələbənin illik təhsil haqqı 5000 AZN  təşkil edir. Bu məbləğə tədris materialları və BANM-in kampusunda yerləşən idman obyektlərinin istifadəsi üzrə ödənişlər də daxildir.

Hər bir növbəti tədris ilində təhsil haqqı müəyyən edilmiş vaxtdan gec olmamaq şərti ilə tam məbləğdə və ya iki mərhələli şəkildə ödənilə bilər.

Viza və Miqrasiya

Azərbaycana təhsil məqsədi ilə gələn əcnəbi vətəndaşlar (http://mfa.gov.az/en/content/189) Azərbaycanın müvafiq ölkədə akkreditə olunmuş səfirliyindən viza almalıdırlar.

Ətraflı məlumat üçün admissions@bhos.edu.az əlaqə saxlaya bilərsiniz