AZ / EN / RU
BİRİNCİ İL, PAYIZ SEMESTRİ

İdarəetmə və təşkilati davranış

  • Bu fənn müxtəlif mədəniyyətlərin cəmləşdiyi  iş mühitində şəxsləri, qrupları və təşkilati davranışları biznes nöqteyi nəzərdən öyrənir.
  • Burada əhatə olunan mövzulara idarəetmənin nəzəriyyəsi, kommunikasiya, anlayışların qəbul edilməsi, motivasiya, liderlik, mükafatların idarəedilməsi, stresin idarəedilməsi, işçilərin konsultasiyası, qiymətləndirmə sistemləri, inzibati işçi qaydaları, konfliktlərin idarəedilməsi, təlim və təşkilati inkişaf aiddir.
  • Bu fənnin keçirildiyi dövrdə tələbələr istər individual formada, istərsə də qrup şəklində tapşırıqlar və biznes simulyasiyalar üzərində işləyəcəklər.

Maliyyənin idarə olunması

  • Bu fənn təşkilatlarda maliyyə srategiyası və operativ qərarvermə üsullarının öyrənilməsi üçün tərtib edilmişdir.
  • Bu dərs qərar qəbul edənləri daha səmərəli idarəetmə qərarları vermək üçün müxtəlif maliyyə nəzəriyyəsi, anlayışları və alətləri ilə təmin edir. Eyni zamanda tələbələrə maliyyə analizi sahəsində daha sağlam qərarlar verməyə və başqalarının fəaliyyətini qiymətləndirməyə kömək olacaqdır.

 Biznes və İqtisadiyyat üçün Statistika

  • Bu fənn biznes sahəsində tətbiq edilən əsas statistik anlayışları və metodları özündə birləşdirir.
  • Burada əsas diqqət mərkəzində olan sahə nümunə və əhalinin təsvir və müqayisə edilməsində istifadə edilən parametrik üsullardır.
  • Fənnin əsas məqsədi sizə məlumatlar barədə yeni düşünmə tərzini təqdim edərək, statistikanın tətbiqi, çatdırılması və şərh edilməsi barədə olan informasiyanı verməkdir.
  • Statistika biznes funksiyalarının və strukturunun ayrılmaz hissəsi olduğu üçün bütün biznes yönümlü sahələrdə təməl kurs hesab edilir.

Marketinq Konsepsiyaları

  • Bu fənn tələbələrə qlobal iqtisadiyyatda əmtəə və xidmətlərin marketinqini təqdim edir. Bu, sizi marketoloqların tətbiq etdiyi əsas fəaliyyət və strategiyalarla tanış etmək üçün hazırlanmış ümumi bir kursdur.
  • Tələbə biznes mühitində marketinqin rolu haqqında baza bilikləri əldə edəcəkdir.
  • Kurs marketinqin əsas komponentləri olan qiymətləndirmə, əmtəə, paylanma, reklam, topdan və pərakəndə satışı əhatə edir. Marketinqin digər elementləri də burada əhatə olunmuşdur ki, bu da bir daha marketinqin şirkət fəaliyyətində əhəmiyyətini nümayiş etdirir.

Menecerlər üçün mühasibat

  • Bu fənn menecerlərə fəaliyyətin planlaşdırılması və qiymətləndirilməsi, nəticədə müxtəlif alternativ həll yollarının seçilməsində dəstək olacaq maliyyə sahəsində informasiyanı nümayiş etdirəcəkdir.
  • Eləcə də, bu kurs yalnız menecerlər tərəfindən tətbiq edilən mühasibatlığı əhatə edəcəkdir.
  • Sonda siz muhasibatlığın əsaslarını, ənənəvi mühasibatlığın çatışmazlıqları və effektiv qərarların verilməsi üçün lazım olan maliyyə biliklərini əldə edəcəksiniz.