AZ / EN / RU
BİRİNCİ İL, YAZ SEMESTRİ

İstehsalın və əməliyyatların idarə olunması

  • Bu fənn əməliyyatların idarəedilməsi ilə tanış edən əsas anlayışlardan, prinsiplərdən və təcrübi biliklərdən ibarətdir. Kurs boyu əsas diqqət mərkəzində olan mövzu istər əmtəə istehsalı, istərsə də xidmət sahəsindəki əməliyyatların səmərəliliyinin artırılmasına xidmət edən idarəetmə prosesləridir.
  • Əhatə olunan digər mövzular arasında əməliyyatların strategiyası, proseslərin dizaynı, istehsal həcminin planlaşdırılması, avadanlıqların yerləşdirilməsi və dizaynı, proqnozlaşdırma, istehsal cədvəlinin qurulması, inventarizasiya nəzarəti, keyfiyyətin təminatı və layihə idarəedilməsi vardır.

Tədqiqat Metodologiyası

  • Bu fənn tələbələrə tədqiqatın əhəmiyyəti, təbiəti, əhatə sahəsi və metodlarını təqdim edəcəkdir.
  • Əlavə olaraq kurs kəmiyyət və keyfiyyət dizaynlarını tələbənin seçdiyi sahənin araşdırılmasına tətbiq edərək, spesifik problemlərin həllinə xidmət edən əsas və ikinci dərəcəli tədqiqat metodlarını özündə birləşdirəcəkdir.

Strateji İdarəetmə

  • Bu fənn strateji idarəetmənin əhəmiyyətini vurğulayır. Tələbələr burada yeni biliklər öyrənməklə yanaşı, təşkilatlarda strateji qərar vermə ilə bağlı öncəki təcrübələrini tətbiq etmək imkanı əldə edəcəklər.
  • Strateji idarəetmə fənni təşkilatın vizyonu və missiyasını araşdırmaq, təşkilati analizin prinsiplərini, üsullarını öyrənmək, effektiv strateji liderliyin təkmilləşdirilməsi üçün biznes və idarəetmə etikasının qurulması və tətbiqinin nəzəri və praktik əsaslarını müzakirə etmək üçün hazırlanmışdır. 

İnsan Resurslarının İdarəedilməsi

  • Bu kurs təşkilat daxilində insan resurslarının idarəedilməsinin hüquqi və davranış tərəflərini öyrənir. Eləcə də, insan resurslarının idarəedilməsinin  təşkilatda rolunu müzakirə edir.
  • Əsas əhatə etdiyi mövzular işçilərin idarəedilməsi, işçi potensialının artırılması, təşkilati davranış, rəhbər və işçi münasibətləri, kompensasiya və təminat və  insan resurslarının idarəedilməsi funksiyalarının təşkilatın strateji məqsədlərinə xidmət etməsidir.

İdarəetmənin İqtisadiyyatı

  • Bu kurs əsas dünya iqtisadi problemlərinin analiz edilməsi üçün əsas iqtisadi alətlərin tətbiqini nümayiş etdirir. 
  • Burada həm mikroiqtisadiyyat (fərqli bazar strukturunda müştəri və şirkətlərin davranışı), həm də makroiqtisadiyyat (iqtisadiyyatı tam analiz edən anlayış və alətlər) sahəsinin mövzuları əhatə olunmuşdur.