AZ / EN / RU
İKİNCİ İL, PAYIZ SEMESTRİ

İnformasiya Texnologiyaların İdarə olunması

  • Biznes təşkilatlarının informasiya texnologiyalarından asılılıqları getdikcə artır. Şirkətin 5 ildən sonrakı durumu onun bugün informasiya texnologiyalarının hansı vəziyyətdə olmasından çox asılıdır.  Bunun üçün menecerlərin informasiya texnologiyalarının mövcud əməliyyatlar sisteminə tətbiqinin əhəmiyyətini qəbul etməsi çox önəmlidir.
  • Bu kurs menecerlərə informasiya texnologiyalarının idarəedilməsinin çətinlikləri, imkanları və riskləri barədə geniş informasiya verəcəkdir.

Strateji dəyərlərin idarəedilməsi

  • Bu kursun sonunda tələbələr xərclər və idarəetmə mühasibatlığının qiymətləndirilməsi və sintezi ilə bağlı bacarıqlarını təkmilləşdirərək, problemli sahələrin mövcud inkişaf yollarını dərk edəcəklər. Burada qərarvermə və nəzarətin icra olunduğu mürəkkəb müasir sənaye təşkilatları müzakirə olunacaqdır.
  • Əlavə olaraq, xərc sistemləri, xərclərə əsaslanan fəaliyyət, fəaliyyətin idarəedilməsi və müasir xərclər sistemində problemlərin icrası kimi mövzular əhatə olunacaqdır. 

Bazarın öyrənilməsi və beynəlxalq iqtisadiyyat

  • Bu fənn tələbələri dinamik beynəlxalq mühitə praktik cəhətdən hazırlamaq üçün yaradılmışdır. Azad ticarətin artdığı müasir dünya bir sıra ölkələrin beynəlxalq biznes fəaliyyətinə təsir edir, nəticədə bazarın öyrənilməsinin əhəmiyyəti artır, çünki istehsal prosesləri qloballaşır.
  • Bu kurs vasitəsilə tələbə öyrəndiyi bütün anlayışları tətbiq edə biləcəkdir ki, buraya qarşılıqlı ticarət, mədəni müxtəliflilik, qlobal marketinq, xarici mübadilə bazarları, siyasi mühit və qlobal insan resurslari coğrafiyası, ticarət blokları, beynəlxalq biznes strategiyaları, ixrac və idxal aiddir.

 Kapital Qoyuluşu və Maliyyə Strategiyaları

  • Bu kurs portfolio menecer nəzərindən capital qoyuluşu qərarlarının verilməsini əhatə edir. Buraya daxil olan mövzulara, professional investisiya portfoliosunun fəaliyyətinin qurulması, davamlılığı və qiymətləndirilməsi aiddir. 
  • Bu fənn MBA tələbələri üçün xüsusilə hazırlanmışdır ki, onlar səhm və sabit gəlir portfoliosunun qurulması və idarəedilməsi, aktivlərin bölünməsi, aktivlərin professional idarəedilməsi və alternativ inverstisiyalar haqqında geniş biliklər əldə etsinlər.