AZ / EN / RU
Riyaziyyat Klubu

Klub haqqında məlumat:

Bakı Ali Neft Məktəbi Riyaziyyat Klubu (“BHOS Math Club”) 2018-ci ildə yaradılmışdır. Klubumuzun əsas məqsədi savadlı gəncləri ətrafımıza yığaraq riyaziyyatla bağlı tədbirlər keçirməklə gənclərin riyaziyyatı sevmələrinə, riyaziyyata həvəslərinin artmasına və riyaziyyatı daha dərindən öyrənməklərinə yardım etməkdir.

Klubumuzun həyata keçirdiyi tədbirlər yanlız Bakı Ali Neft Məktəbi tələbələri üçün deyil, riyaziyyatı sevən, riyaziyyata marağı olan hər kəs üçün həyata keçirilir. Yəni oxuduğu universitetdən asılı olmayaraq istənilən tələbə tədbirlərimizdə iştirak edə bilər.

Klubumuzun əsas fəaliyyət dairəsinə seminarlar, yarışmalar, viktorinalar və daha başqa maraqlı tədbirlər daxildir. Həm universitetimizlə, həm də sponsorlarla əməkdaşlıq etməklə bu tədbirlərimizi daha effektiv və yadda qalan etməyə çalışırıq.

 

 

Klub strukturu:

Fəaliyyətimizi istənilən səviyyədə təşkil etmək üçün 9 nəfərlik həvəsli gənclərdən ibarət komandamız, idarə heyyətimiz var. Komandamız 2 həftədə bir dəfə olmaqla mütəmadi iclaslar keçirərək aktiv fəaliyyətini qorumağa çalışır.

İdarə Heyyətindəki vəzifələr və tələbələr:

  1. Sədr – Vüsal İskəndərov
  2. Sədr-müavini – Leyla Abdullayeva
  3. Layihə Koordinatorları – Arif Rüstəmov, Toğrul Tahirov, Kamil Budaqov
  4. İctimati-əlaqələr meneceri – Səfər Usubov
  5. Beynəlxalq-əlaqələr meneceri – Səkinə Nağızadə
  6. Katibə - Aytac Siyahzadə
  7. Dizayner – Ələkbər Ələkbərov
  8. Məsləhətçi – Tural Abdullayev

 

Əsas fəaliyyət:

Klubumuzun fəaliyyəti 3 əsas prinsip üzərində qurulub:

  1. Tələbələrin riyaziyyata və elmə marağının artırılması
  2. Universitetimizdə tələbələrin səmərəli vaxt keçirə bilməklərində yardımçı olmaq
  3. Gənlərin “soft skills” artırılmasına yardımçı olmaq

 

 

İdarə heyyətimiz haqqında məlumat:

Vüsal İskəndərov – 2016-cı ildə Bakı Ali Neft Məktəbi neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzun sədri vəzifəsində çalışır.

Leyla Abdullayeva - 2016-cı ildə Bakı Ali Neft Məktəbi neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda sədr-müavini vəzifəsində çalışır.

Arif Rüstəmov - 2017-cı ildə Bakı Ali Neft Məktəbi neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda Layihə koordinatoru vəzifəsində çalışır.

Toğrul Tahirov - 2017-cı ildə Bakı Ali Neft Məktəbi neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda layihə koordinatoru vəzifəsində çalışır.

Kamil Budaqov - 2017-cı ildə Bakı Ali Neft Məktəbi proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda layihə koordinatoru vəzifəsində çalışır.

Səfər Usubov - 2016-cı ildə Bakı Ali Neft Məktəbi kimya mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda İctimai Əlaqələr Meneceri vəzifəsində çalışır.

Səkinə Nağızadə - 2016-cı ildə Bakı Ali Neft Məktəbi proseslərin avtomatlaşdırılması ixtisasına daxil olmuşdur. Klubumuzda Beynəlxalq Əlaqələr Meneceri vəzifəsində çalışır.

Aytac Siyahzadə - 2017-cı ildə Bakı Ali Neft Məktəbi kimya ixtisasına daxil olmuşdur. Klubumuzda katibə vəzifəsində çalışır.

Ələkbər Ələkbərov - 2016-cı ildə Bakı Ali Neft Məktəbi neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur. Klubumuzda dizayner vəzifəsində çalışır.

Tural Abdullayev – Bakı Ali Neft Məktəbi riyaziyyat müəllimi və klubumuzun məsləhətçisi.