AZ / EN / RU
Konfransın qalibləri

10 aprel 2019-cu il tarixində Bakı Ali Neft Məktəbində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev – xarizmatik lider və fenomen şəxsiyyət” mövzusunda keçirilən və yüksək səviyyədə təşkil edilmiş 1-ci Tələbə Elmi Konfransı  19 aprel 2019-cu il tarixində başa çatdı. Konfransda iştirak edən tələbələrin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirdi və Konfransın bağlanış mərasimində yer tutmuş tələbələr qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

1-ci yer – Aytac İskəndərova (BANM, Neft-qaz mühəndisliyi, 3-cü kurs)

2-ci yer – Ələddin Mərdanov (BANM, Kimya mühəndisliyi, 3-cü kurs)

3-cü yer – Cahid Süleymanov (BANM, Neft-qaz mühəndisliyi, 3-cü kurs)

 

Həvəsləndirici yerlər

  1. Orxan Məmmədov (BANM, Neft-qaz mühəndisliyi, 3-cü kurs)
  2. Coşqun Səmədov (BANM, Neft-qaz mühəndisliyi, 3-cü kurs)