AZ / EN / RU
Neft və Qaz Menecmenti üzrə MBA proqramı

Bakı Ali Neft Məktəbi, Cenevrə Biznes Məktəbi ilə birgə əməkdaşlıq çərçivəsində Neft və Qaz Menecmenti üzrə MBA proqramına start verdi.

Bu proqram Sizi beynəlxalq miqyasda neft və qaz ticarəti sahəsində karyeraya doğru aparacaq.

Proqram Haqqda

Fərdi liderlik fəaliyyəti və kiçik komanda layihələri üçün nəzərdə  tutulan və 120 krediti əhatə edən proqram neft və qaz sənayesi sahəsində uzunmüddətli karyera uğurlarına nail olmaq məqsədi daşıyır.

MBA dərəcəsi bir menecer kimi güclü  karyera qurmaq  üçün əsas hesab olan bilik, bacarıq, vərdiş və şəxsi keyfiyyətlərə malik tələbələrə verilir. Belə ki, namizədlər aşağıdakı üç sahə üzrə ixtisaslaşmalıdır:

  • Menecment üzrə biliklər
  • Menecerlik vəzifələrini yerinə yetirmək üçün bacarıqlar
  • Şəxsi keyfiyyətlər