AZ / EN / RU
Həmkarlar İttifaqı

Bakı Ali Neft Məktəbinin Həmkarlar İttifaqı təşkilatı 03 mart 2015-ci il tarixində təsis konfransında qəbul olunmuş qərar əsasında yaradılıb. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı səsvermə yolu ilə Ali Məktəbin Həmkarlar İttifaqı Komitəsinin (BANM HİK) sədri seçilib. Təşkilatın ümumilikdə 400-dən çox üzvü var. BANM HİK-ə isə 11 nəfər üzv seçilib, təşkilatın hesabat-seçki konfransı 1 ildən sonra keçiriləcək. HİK-in əsas fəaliyyəti üzvlərinin əmək hüquqlarının və sosial adaptasiyaya ehtiyacı olan təbəqələrin müdafiəsinə, həmçinin qanunvericilikdə nəzərdə tutulan qaydada sərbəst toplaşaraq müxtəlif mədəni kütləvi tədbirlərin həyata keçirilməsinə, üzvlərinin asudə vaxtının səmərəli təşkilinə yönəlib.

BANM HİK-ə üzv seçilmiş nümayəndələr:

  1. Sadıqlı Həbibə;
  2. Əlili Abbas;
  3. Mustafayeva Rəna;
  4. Hüseynova Səbinə;
  5. Məmməd-zadə Arif;
  6. Namazov Manafəddin;
  7. Adilov Rəvan;
  8. Məmmədova Emilya;
  9. Şəkinskiy Tofiq;
  10. Məmmədova Amail.