AZ / EN / RU
Dosent Sədaqət Fərzullayeva
Dosent Sədaqət Fərzullayeva
  • Departament: Kimya Mühəndisliyi Kafedrası
  • Vəzifə: Dosent
  • E-poçt:
  • Telefon: (012)521-31-07

Təhsil:

  • 1976-1981  Azərbaycan Neft və Kimya İnstitutu, Kimya Texnologiya fakültəsi, Əsas Üzvi və Neft-Kimya Sintezinin Texnologiyası, Kimyaçı Mühəndis Texnoloq;
  • 1983-1987  Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu Yanacaqların və Qazın Kimya Texnologiyasi üzrə aspirantura;
  • 1991  Texniki Elmlər Namizədi elmi dərəcəsi, Yanacaqların və Qazın Kimya Texnologiyası; SSRİ-nin Ali Attestasiya Komitəsi (Moskva) tərəfindən təsdiqlənmişdir.

 

Əmək fəaliyyəti:

  • 1981-2001   Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu,  Kimyaçı Texnoloq Mühəndis – Böyük Elmi işçi;
  • 2001-2003   Intertek Testing Services, Caleb Brett şirkəti (Böyük Britaniya), BP şirkətinin Səngəçal Terminalının Laboratoriya Rəhbəri (Supervayzeri);
  • 2004-2005   Ecoservice Co şirkəti, Kimyaçı Mühəndis Texnoloq - Konsultant (Məsləhətçi) 
  • 2006-2016   TTE- Petrofac şirkəti (Böyük Britaniya), Neft Emalı/Hasilat üzrə Müəllim/Təlimatçı – Neft Emalı/Hasilat üzrə Baş Təlimatçının Müavini – Baş Keyfiyyət Təminatçısı; BP şirkətinin АGТ regionunun (Azərbaycan-Gürcüstan-Тürkiyə) Rеgional Maximo Təlimatçısı, Backbone Work Menecmentin Təlimatçısı;
  • 2016 Sentyabr  Bakı Ali Neft Məktəbi, Kimya Mühəndisliyi Kafedrası, Dosent

 

Elmi fəaliyyəti:

2010-cu ildən IChemE (Böyük Britaniyanın Kimyaçı Mühəndislər Assosiasiyası) cəmiyyətinin üzvüyəm; Karbon monooksidin tam yandırılmasını təmin edən promotorun ixtirasına görə SSRİ-nin Müəlliflik Şəhadətnaməsini (Patentini) almışam; müxtəlif elmi jurnal, texniki seminar, simpozium və konfrans materiallarında dərc edilmiş 26 elmi məqalənin/ nəşrin müəllifiyəm; Azərneftyanacaq (hal-hazırda Heydər Əliyev adına Bakı Neft Emalı) zavodunun G43-107 katalitik krekinq qurğusunda ixtira olunmuş promotorun tətbiqinə görə mükafata layiq görülmüşəm.

Mənim elmi fəaliyyətim neftin təkrar emalı proseslərinin - atmosfer və vakuum distillasiyası, termiki və katalitik krekinq, destruktiv izomerizasiya və piroliz sahələrində müxtəlif eksperimental tədqiqatlara həsr olunmuşdur. Proseslərin optimallaşdırılması və daimi təkmilləşdirilməsi, müxtəlif faktorlar nəzərdə tutularaq məhsulların maksimum alınması və keyfiyyət standartlarına uyğun olmasını təmin etmək məqsədi ilə tədqiqatlar qaynar laylı katalizatorla işləyən laboratoriya, həmçinin, katalizatorun yüksələn axınla işləyən pilot və yarımsənaye katalitik krekinq qurğularında aparılıb.

Bununla yanaşı mən müxtəlif elmi-tədqiqat layihələri üzrə (misal üçün, “Katalitik krekinq prosesini aktivləşdirən əlavələrlə/aşqarlarla intensifikasiyası”, “Seolittərkibli Ni-Si-Al katalizatorlarının tədqiqatı və optimallaşdırılması”, “Karbon monooksidin tam yandırılmasını təmin edən promotorların tədqiqatı və hazırlanması”) və bağlanan müqavilələri (məsələn, Bakı Neft Emalı zavodu, Engelhard, Grace Davison şirkətləri ilə) işləyib yerinə yetirmişəm.

 

Şəxsi səhifə