AZ / EN / RU
Professor Azakov Siyavuş
Professor Azakov Siyavuş
  • Departament: Neft-qaz mühəndisliyi kafedrası
  • Vəzifə: Professor
  • E-poçt:
  • Telefon: 012521-31-08 (33253)

Təhsil:

  • 1966-1971 Rusiya Xalqlar Dostluğu Universitetinin "Fizika-riyaziyyat və təbiət elmləri" fakültəsini bitirərək, fizik və ingilis dili tərcüməçisi ixtisasları üzrə fərqlənmə diplomlarını almışdır;
  • 1971-1974 SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspiranturasını bitirmişdir (fizika və riyaziyyat);
  • 1989-1991 SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına "Riyaziyyat Institutunun" doktoranturasını bitirmişdir (fizika və riyaziyyat);
  • 1991 - Doktorluq dissertasiyasını müdafiə etmişdir.

 

Əmək fəaliyyəti:

  • 1976-2008 Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi tədqiqatçı, aparıcı elmi tədqiqatçı, Fizika üzrə professor;
  • 1976-1980 Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi tədqiqatçı;
  • 1989-1991 SSRİ Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutunda elmi tədqiqatçı;
  • 1993-1997 İranın Ali Tədqiqatlar İnstitutunun Fizika fakultəsində dəvətli professor;
  • 1996-2000 İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində elmi işçi;
  • 1998-2000 Türkiyənin Hacettepe Universitetinin Fizika fakultəsində dəvətli professor;
  • 2006-2012 İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində baş elmi işçi;
  • 2008-2011 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri;
  • 2011-2013 Azərbaycan Xəzər Universitetinin "Texniki və Tətbiqi elmlər" fakültəsinin dekanı;
  • 2013–cü ildən indiyədək Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasında professor.

 

Elmi-tədqiqat üzrə beynəlxalq əməkdaşlıqda iş təcrübəsi:

  • 1986 – İsveç Kral Elmlər Akademiyası;
  • 1986 – Çalmers adına Texnologiya Universiteti (Göteborq, İsveç);
  • 1987, 1990, 1994, 1998 – İtaliyanın Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi;
  • 1988, 1990, 1994, 1998, 2000 - İtaliyanın Piza Universiteti;
  • 1989, 1992, 1996, 1999, 2001, 2006 - Alman Elektron-sixrotron tədqiqat mərkəzi (DESY);
  • 1999 - Almaniyanın Yena Universiteti;
  • 1999, 2001 - Almaniyanın Humboldt Universiteti.

 

Elmi tədqiqat sahələri:

Elementar zərrəciklərin nəzəriyyəsi, Riyazi fizika, Sahənin kvant nəzəriyəsi, Dövlətin elmi və innovasiya siyasəti, Beynəlxalq Elm Tərəfdaşlığı, Radiasiya və nüvə təhlükəsizliyinin tənzimlənməsi, Iki ölçülü nanostrukturların nəzəri aspektləri.

 

Elmi fəaliyyəti:

Şəxsi səhifə