AZ / EN / RU
BANM-in tələbələri BAKI-2017 Kub yarışlarında

          Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Kub Assosiasiyasının (Azerbaijan Cube Assosiation  - ACA) təşkilatçılığı və BANM-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THIK) əməkdaşlığı ilə 2 fevral - Gənclər gününə həsr olunmuş Kub yarışmaları keçirilib. Bu zəka oyunu 3x3x3 Rubik kubu təkəl, 4x4x4 kub, meqaminks və 3x3x3 Rubik kubu kateqoriyalarında olub. Yarışmaların məqsədi gənclərin bu kimi intellektual oyunlara olan marağını artırmaq və onların vaxtlarını daha səmərəli və əyləncəli keçirməsinə xidmət etməkdir. BANM-in THIK və ACA təşkilatı gələcəkdə əməkdaşlıqlarını davam etdirmək və birgə layihələrə imza atmaq niyyətindədir. Oyunların sonunda qaliblər müəyyənləşiblər və onlara hədiyyələr təqdim olunub. BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Sahib Abdullayev və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Simuzər Babazadə yarışda fərqləndikləri üçün sertifikatla təltif olunublar.

          Zərif cinsin nümayəndələri arasında BAKI-2017 kub yarışlarının qadın iştirakçılardan rekord sahibi olan BANM-in “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Simuzər Babazadə 3x3x3 kub kateqoriyasında 42 saniyə ən yaxşı nəticə ilə ölkənin ilk qadın rekordçusu 1:11.54 saniyə göstərici göstərmiş Arzu Cəbrayılovanın rekordunu yeniləyib.

          Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Kub Assosiasiyası Dünya Kub Assosiasiyasının üzvüdür. Adıçəkilən təşkilat 2015-ci il 11 aprel tarixində yaradılıb.

          BAKI 2017 kub yarışlarının qalibləri:

 

          3x3x3 təkəl kateqoriyası

           I yer - Çingiz Əsədzadə

           II yer - Süleyman Xəlilov

           III yer - Fərid Həsənov

            IV yer - Əziz Vəlili

          

            Meqaminks kategoriyası

             İlk qadın rekordçusu - Arzu Cəbrayılova

 

              4x4x4 kub kateqoriyası

               I yer – Süleyman Xəlilov (1:23.44 saniyə)

               II yer – Çingiz Əsədzadə (17.57 saniyə)