AZ / EN / RU
BANM tələbələri BMT modeli konfransında

          Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Aydın Nəsirzadə və “Kimya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Elbrus Əsədov Xəzər Universitetinin “Dünya məktəbi” tərəfindən keçirilən “BMT modeli” konfransında (UN Model Conference) iştirak ediblər. BANM-in tələbələri Aydın Nəsirzadə Qətər, Elbrus Əsədov isə Avstraliya təmsilçisi kimi çıxış ediblər.

 

          BMT Baş Assambleyasının cari iclasında 61 ölkə təmsil olunub və əsas mövzu olaraq “Qlobal terrorizmlə mübarizə” müzakirə edilib. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələr maraqlı çıxışlar ediblər və konfransın sonunda ölkə təmsilçiləri tərəfindən hazırlanan BMT qətnaməsi səs çoxluğu ilə qəbul olunub.

 

           Konfransı müvəffəqiyyətlə tamamlayan iştirakçılar sertifikatla təltif olunublar.