AZ / EN / RU
BANM-in tələbələri üçün tibbi təlim

       Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Təhlükəsiz sabah” layihəsi çərçivəsində keçirilmiş “İlkin tibbi yardım və sağlam qidalanma” adlı təlimdə iştirak ediblər. Layihə BANM-in təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. SOCAR-ın əməkdaşı İsmayıl Abbasov tərəfindən aparılmış təlim nəzəri və praktiki olmaqla 2 hissədən ibarət olmuşdur və tələbələr tərəfindən olduqca maraqla qarşılanmışdır.