AZ / EN / RU
BANM-in tələbəsi "Sports 4 Change" layihəsində iştirak edib

          Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi Elmir Əbilov Londonda (Böyük Britaniya) “Sports 4 Change” adlı Erasmus+ mübadilə proqramında iştirak edib. Proqrama Azərbaycandan başqa Mərakeş və Böyük Britaniyadan olan “Common Sense” Gənclər təşkilatının üzvləri və könüllüləri qoşulublar.

 

          “Sports 4 Change” adlı layihənin əsas məqsədi əhalinin aztəminatlı ailələrindən olan gənclərin sosial ayrıseçkilik, işsizlik və ədabətsiz təcrid olunma hallarını ön plana gətirmək və bu sahədəki mövcud problemləri effektiv üsullarla aradan qaldırmaq yollarını göstərmək olub.   

 

          Proqram çərçivəsində iştirakçılar Londondakı “Europe House”-da olmuş və “İnkişaf ücün İdman” adlı seminarda iştirak etmişlər. Gənclər təcrübi interaktiv məşğələlərə qoşularaq QİÇS xəstəliyi barəsində futbol və digər kütləvi idman növlərindən istifadə edərək cəmiyyət üzvlərinin daha ətraflı məlumatlandırılması yollarını öyrəniblər.