AZ / EN / RU
BANM-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi

          Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) II hesabat-seçki konfransı keçirilib. Konfransda BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov, BANM-in Həmkarlar İttifaqı Komitəsinin sədri, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və Ali Məktəbin tələbələri iştirak ediblər.

 

          Konfransda ötən dövr üzrə sədr olmuş BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Rəşid Əliyev hesabat çıxışını təqdim edərək yeni seçiləcək heyətə uğurlar dilədi.

 

          Sədrliyə namizəd olan BANM-in “Kimiya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Zaur Məmmədzadə və eyni ixtisasın III kurs tələbəsi Vüqar Həsənov çıxış edərək öz platformalarını təqdim etdilər. Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Kamran Rzayev isə namizədliyini geri götürmüşdür. Qeyd edək ki, seçkilərdə 354 tələbə iştirak edib. Qapalı səsvermə nəticəsində say komissiyasının təqdim etdiyi nəticələrə görə 242 səslə Zaur Məmmədzadə növbəti dövr üçün BANM THİK sədri seçildi.

 

          Zauru təbrik edirik, ona və komandasına işlərin daim uğurlar və nailiyyətlər diləyirik!