AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri Bakı marafonununda

          Bakı Ali Neft Məktəbinin (BANM) 67 tələbəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı marafonu - 2017”-də iştirak etdilər.

 

          Dövlət Bayrağı Meydanından başlayan və Bakı Olimpiya Stadionunda başa çatan marafonun məsafəsi 21 kilometrdir. Marafona 13 mindən çox şəxs, o cümlədən, 60-dan çox təşkilat və şirkətin təmsilçiləri qoşulublar. Qaçışda, eləcə də, İsveçrə, Hindistan, Çexiya, Meksika, Braziliya, BƏƏ, Ukrayna və Malayziyanın səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın ölkəmizdəki səfirlikləri, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım Təşkilatı və "BP Azərbaycan" şirkətinin təmsilçiləri iştirak etdilər.

 

          Qeyd edək ki, layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.