AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb

          Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başa çatıb. Konfransın bağlanış mərasimində BANM-in rəhbərliyi, professor-müəllim heyəti və BP, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.  

 

          BANM-in rektoru Elmar Qasımov çıxış edərək, konfransı yüksək səviyyədə təşkil edən Təşkilat Komitəsinə, professor-müəllim heyətinə və elmi işlərə maraqla yanaşan bütün iştirakçılara təşəkkürünü bildirib. O, müəllimlərin tələbələrin yetişdirilməsində böyük əmək sərf etdiyini söyləyərək,  tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor Ali Məktəbində bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.

 

          Sonra konfransda iştirak edən beynəlxalq şirkət nümayəndələri BANM-in rəhbərliyinə bu möhtərəm tədbirin keçirilməsinə və elmin inkişafına verilən töhfələrə görə təşəkkürünü bildiriblər. Hər biri konfrans haqqında müsbət fikirlərini səsləndirib və BANM-də milli kadrların, gələcək mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq etməkdən məmnunluğunu ifadə ediblər.

 

          Rektor Elmar Qasımov ən maraqlı məruzələrlə çıxış edən iştirakçıları BANM-in müxtəlif dərəcəli diplomları və SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərinin həvəsləndirici mükafatları ilə təltif edib.

 

          Ümumilikdə, “Neft-qaz mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsi üzrə 2 tələbə, “Kimya mühəndisliyi” bölməsi üzrə 4 tələbə, “Fizika” bölməsi üzrə 2 tələbə ,“Riyaziyyat” bölməsi üzrə 2 tələbə müxtəlif dərəcəli diplom və həvəsləndirici mükafatlara layiq görülüblər.

 

Diplomlara layiq görülən tələbələr:

 

Neft-qaz mühəndisliyi bölməsi

          1-ci dərəcəli diplom - Məhəmməd Əliyev 3-cü kurs, elmi rəhbər: Farad Kamyabi

          2-ci dərəcəli diplom - İsmayıl Əkbərov 3-cü kurs, elmi rəhbər: Farad Kamyabi

 

Fizika bölməsi

          1-ci dərəcəli diplom - Huseyn Aliyev 3-cü kurs, elmi rəhbər: prof. Siyavuş Azakov

          2-ci dərəcəli diplom - Toğrul Kərimov 2-ci kurs, elmi rəhbər: prof. Siyavuş Azakov

 

Riyaziyyat bölməsi

          1-ci dərəcəli diplom - Aytac Abdin 3-cü kurs, elmi rəhbər: dos. Xanum Cəfərova

                  2-ci dərəcəli diplom - Cavid Zeynalov 3-cü kurs, elmi rəhbər: dos. Xanum Cəfərova

 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi bölməsi

            1-ci dərəcəli diplom - Ramil Şükürov 4-cü kurs, elmi rəhbər: dos. Nailə Allahverdiyeva

            2-ci dərəcəli diplom - Nicat Həsənov 2-ci kurs, elmi rəhbər: Abbas Əlili 

 

Kimya mühəndisliyi bölməsi

              1-ci dərəcəli diplom - Aygül Kərimova 5-ci kurs, elmi rəhbər: Sevda Zərgərova

              1-ci dərəcəli diplom - Vüsal Quluyev  3-cü kurs, elmi rəhbər: dos. Sənan Eminov

             2-ci dərəcəli diplom - Sənəm Əmirli 3-cü kurs, elmi rəhbər: dos. Amir Reza Vəxşuri

              2-ci dərəcəli diplom - Fidan Abdullayeva 3-cü kurs, elmi rəhbər: dos. Rəna Abbasova