AZ / EN / RU
BANM-in tələbələri elmi-praktiki konfransda

          Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbələri “Palçıq vulkanları - dünya möcüzəsi” elmi-praktiki konfransında iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

 

          Ekskursiya zamanı tədbirin iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsi ilə tanış olublar. AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev tələbələrə palçıq vulkanları ilə bağlı geniş məlumat verdi. “Sayı, tərkibi, aktiv fəaliyyətinə görə Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur. Bunlardan Lökbatan vulkanları iki ildə 24 dəfə püskürməklə rekord nəticə verib”, - A.Əliyev dedi. O, ölkəmizdə 350-dən artıq palçıq vulkanın qeydə alındığını diqqətə çatdırıb.