AZ / EN / RU
BANM-in komandası informatika üzrə Ümumrespublika Olimpiadasında

          Bakı Ali Neft Məktəbinin (BANM) “BHOS2” adlı komandası “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsində dördüncü yerə sahib olub. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

 

          Olimpiadanın final mərhələsində respublika üzrə 16 ali təhsil müəssisəsinin 16 komandası iştirak edib. Olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü yerə layiq görülüb.

 

          “BHOS2” komandasının tərkibində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Elton İbrahimov, Ayaz Səmədli və Emin Hüseynli çıxış ediblər.

 

          Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar.