AZ / EN / RU
BANM-in tələbəsi "English Olympiad Baku 2017"-nin qalibi

          Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Cavid Məmmədli OSKAR Education and Consulting şirkətinin təşkilatçılığı və Azerbaijan Student Youth Organizations Union-nun dəstəyi ilə keçirilən “3-rd English Olympiad Baku 2017” layihəsinin birincisi olub. O, iki həftəlik Böyük Britaniyada ödənişsiz ingilis dili kursunda oxumaq haqqı qazanıb. Qeyd edək ki, Cavid Məmmədli 2015-ci ildə 685 balla BANM-ə daxil olub.

 

          Layihə Azərbaycanın universitetlərində bakalavr üzrə təhsil alan tələbələr üçün təşkil olunur. Dörd mərhələdən ibarət olan müsabiqənin keçirilməsinin əsas məqsədi azərbaycanlı gənclərin dünya dili olan ingilis dilinə marağının artırılması, dil biliklərinin yoxlanılması və yüksək nəticə göstərən tələbələrin mükafatlandırılmasıdır.