AZ / EN / RU
BANM tələbələri "Ümid yeri" uşaq evini ziyarət etdi

           Bakı Ali Neft Məktəbi TGT üzvləri "Ümid yeri" uşaq evini ziyarət edərək orada valideyn qayğısından məhrum olmuş uşaqlarla görüşüblər. Görüşün əsas məqsədi burada olan uşaqları sevindirmək və onlara mənəvi dəstək olmaq olub. BANM-in tələbələri uşaqlarla daha yaxından tanış olub və öz hədiyyələri ilə onların əhval ruhiyyələrini qaldırmağa nail olublar.  Sonda "Ümid yeri" uşaq evinin rəhbəri tələbələrə uşaqların adından öz təşəkkürünü bildirib.