AZ / EN / RU
BANM-in tələbələri "CODE CUP 2017 Proqramlaşdırma Olimpiadası"nda

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” üzrə təhsil alan 4-cü kurs tələbələri Ayaz Səmədli və Anar Piriyev  Azercell şirkətinin dəstəyilə həyata keçirilən və Network Training Center-ində baş tutan “CODE CUP 2017 Proqramlaşdırma Olimpiadası”nın final turunda iştirak ediblər.

 

Olimpiadanın I turunda 120 tələbədən   26 noyabr 2017-cı il tarixində online olaraq keçirilib. Tələbə final turuna vəsiqə qazanıb. Final turunda isə 17 tələbə iştirak edib. Onlar 4 saat ərzində 10 məsələ üzərində çalışaraq proqram tərtib edib, daha sonra həmin proqramları və e-olymp.com saytında sınaqdan keçiriblər. Nəticədə BANM-in tələbələri Ayaz Səmədli və Anar Piriyev 3-cü dərəcəli nailiyyət diplomu ilə təltif ediliblər.