AZ / EN / RU
BANM-i seçən yüksək ballı abituriyent: "Atamı sevindirdiyimə görə ikiqat sevindim"

Məmmədov Ömər Arzu oğlu 1999-cu ildə Bakıda anadan olub. 5-ci sinfə qədər 32 saylı orta məktəbdə, 6-cı sinifdən isə Heydər Əliyev adına liseydə təhsil alıb. 9-cu sinifdə əla qiymətlərlə oxuduğuna görə fərqlənmə ilə təltif olunub. I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 695 bal toplayan Ömər Məmmədov Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçərək Ali Neft Məktəbinin tələbəsi adını daşımaq niyyətindədir. Bu, həm də onun çoxdan gözlədiyi, çatmaq istədiyi arzusudur...

\r\n\r\n

İmtahana necə hazırlaşırdın?

 

\r\n\r\n

\r\n\r\n

11-ci sinifdən BANM-i seçmişdim, məhz bu ali təhsil müəssisəsinə  hazırlaşırdım. Bu mənim öz seçimimdir, BANM-i tədrsin yüksək səviyyədə olması və gələcəkdə iş imkanı üçün seçdim. Burada ballar yuxarı oldugu üçün bilik yarışında daha bilikli, savadlı yaşıdlarımla rəqabətdə olmaq istəyirəm. Digər tərəfdən, tədrisin ingilis dilində olması gələcəkdə bizə xaricdə də iş tapmaq imkanı verəcəyini düşünürəm. Mən gələcəkdə azərbaycanlı mütəxəssis kimi xaricdə çalışmaq istəyirəm.

\r\n\r\n

<span style="\&quot;font-size:" 12px;\"="">İnanıram ki, bu imkanı mən ancaq BANM-də qazana bilərəm. Güclü mütəxəssis olmaq istəyirəm ki, gələcəkdə xaricdə “Haralısan?” - deyəndə fəxrlə “Azərbaycanlıyam” - deyə bilim. Proseslərin avtomatlaşdırılması mühəndisliyi sahəsi üzrə Azərbaycandan olan güclü mütəxəssis kimi dünyada rolumun olmasını istəyirəm. Potensialımı tam buna həsr edəcəm.